Icma.az
close
up
RU
Fransanın törətdiyi cinayətlər bəzilərini narahat etməyib ŞƏRH AZƏRTAC

Fransanın törətdiyi cinayətlər bəzilərini narahat etməyib ŞƏRH AZƏRTAC

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 18 noyabr, AZƏRTAC

Prezident İlham Əliyev noyabrın 13-də COP29 çərçivəsində keçirilən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitində çıxışı zamanı onların səsinin qlobal arenada eşidilməsi üçün bir daha öz qətiyyətli mövqeyini ortaya qoydu. Dövlətimizin başçısı müstəmləkə keçmişi olan ölkələri kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərməyə çağırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

O bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə dəstək göstərir:

“Ölkəmiz bir sıra ölkələrə təbii fəlakətlərin təsirini azaltmaqla bağlı, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək göstərib. Bundan başqa, Azərbaycanın Qoşulmama Hərəkatında dördillik sədrliyi dövründə göstərdiyi maddi və humanitar yardımlardan 80-dən çox ölkə və 20 kiçik ada dövləti faydalanıb”.

Deputat söyləyib ki, dövlət başçısı neokolonializm və iqlim dəyişmələri mövzusunda səsləndirdiyi fikirlərlə ölkəmizin prinsipial mövqeyini bir daha dünyaya nümayiş etdirdi:

“Dövlətimizin başçısı dünyaya demokratiya dərsi keçən Fransa və Niderlandın bu sahədə törətdiyi cinayətlər, pozuntular və əməllərlə bağlı tədbir iştirakçılarına geniş məlumat verdi. Bildiyiniz kimi, həmin ölkələr öz müstəmləkə ərazilərində uzun illər boyunca yüzlərlə nüvə sınaqları aparıblar və bu səbəbdən ətraf mühit ciddi şəkildə ziyan görüb. Fransa və Niderland həmin ərazilərdə torpağın və suyun kəskin dərəcədə zəhərlənməsinə, radiasiya fonunun yüksəlməsinə görə məsuliyyət daşıyırlar”.

S.Salmanova xatırladıb ki, Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, Makron rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoyub, 169 nəfəri yaralanıb, 1700 insan həbs edilib:

“Təəssüflər olsun ki, Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər, insan hüquqlarının kütləvi surətdə və kobud şəkildə pozulması halları bəzilərini narahat etməyib. Əksinə, onlar heç nə olmamış kimi bu kimi cinayətlərə göz yumublar. Əgər elə olmasaydı, Avropa Komissiyası, Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası Fransanın bu addımlarına səssiz qalmazdılar. Hesab edirəm ki, bu qurumlar da günahsız insanların qətlinə, həbsinə görə Fransa hökuməti ilə eyni məsuliyyəti daşıyırlar”, - xanım deputat vurğulayıb.

Parlamentari sonda bildirib ki, Azərbaycan kiçik ada dövlətlərinə öz dəstəyini bundan sonra da davam etdirəcək: “Ölkəmiz həmişə ədalətin tərəfində olacaq”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri