Icma.az
close
up
RU
Fransanın yeni Baş naziri təyinatından cəmi bir ay keçməmiş istefa verdi

Fransanın yeni Baş naziri təyinatından cəmi bir ay keçməmiş istefa verdi

Icma.az, Bizimyol saytına istinadən bildirir.

Fransada siyasi qeyri-sabitlik daha da dərinləşir. Ölkənin yeni Baş naziri Sebastyen Lekornu hökumətini elan etdikdən bir neçə saat sonra istefa verib. Prezident Emmanuel Makron onun istefasını bazar ertəsi səhər qəbul edib.

Bizimyol.info xəbər verir ki, Lekornu Fransanın son bir ildə üçüncü Baş naziri idi. O, sentyabrın 9-da vəzifəsindən uzaqlaşdırılan Fransua Bayrunun yerinə təyin olunmuşdu. Lakin yeni Baş nazirin formalaşdırdığı hökumət, demək olar ki, əvvəlki tərkiblə eyni qalaraq, ictimaiyyət və müxalifətin ciddi narazılığına səbəb olub.

Sebastyen Lekornu vəzifəyə gələrkən siyasi kursda “dərin dəyişiklik” vəd etsə də, elan etdiyi kabinet əsasən prezident Makronun yaxın çevrəsindən ibarət olub. Bu isə əvvəlki hökumətdən narazı olan ictimai rəy və siyasi rəqiblər tərəfindən etimadsızlıqla qarşılanıb.

Müxalifət təmsilçiləri Lekornunun seçicilərin gözləntilərinə cavab vermədiyini və siyasi vəziyyəti daha da gərginləşdirdiyini bildiriblər.

İndi əsas diqqət prezident Makronun atacağı növbəti addıma yönəlib. Milli Assambleyanın buraxılması və yeni seçkilərin keçirilməsi gündəmdədir.

İfrat sağçı Milli Birlik Partiyasının lideri Jordan Bardella açıqlamasında: “Xalqın səsverməsinə müraciət edilmədən sabitlik bərpa oluna bilməz. Bu hökuməti şəxsən Emmanuel Makron formalaşdırıb və o, ölkədəki siyasi böhranın ciddiliyini hələ də anlamır”, - deyə bildirib.

Milli Birlik Partiyası parlamentdə təmsilçiliyini artırmaq ümidi ilə növbədənkənar seçkilərin keçirilməsində israrlıdır.

Xatırladaq ki, Fransa ötən il keçirilmiş, lakin nəticəsiz qalan növbədənkənar parlament seçkilərindən sonra ciddi siyasi qeyri-sabitlik dövrünə qədəm qoyub. Hazırda parlamentdə nə sol, nə sağ, nə də mərkəzçi qüvvələr üstünlük qazana bilib – üçlü siyasi blok arasında güc balansı dəyişməz qalır.

Bu arada, ölkə qarşıdakı həftələrdə 2026-cı il dövlət büdcəsini qəbul etməlidir. Lakin siyasi qüvvələr arasındakı qarşıdurma və hökumət başçısının cəmi bir ay olmadan istefa verməsi bu prosesi də təhlükə altına salır.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 06 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see184

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri