Icma.az
close
up
RU
Fransaya casusluqda ittiham olunanlarla bağlı yeni faktlar...

Fransaya casusluqda ittiham olunanlarla bağlı yeni faktlar...

Axar.az saytına istinadən Icma.az xəbər verir.

Fransaya casusluqda ittiham edilən Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Axar.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Rayan məhkəmədən əlavə söz istəyib. Məhkəmə təqsirləndirilənə söz imkanı yaradıb.

Martin Rayan Fransa səfirliyinin əməkdaşları ilə əlaqələri barədə bildirib:

"Mənim görüşlərim gizli olmayıb. Normal görüşlərimiz olub. Görüşdüyümüz məkanlar da açıq şəkildə olub. Həmin görüşlər gizli olsaydı, məkanlar da açıq şəkildə olmazdı".

Daha sonra hakim təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadəni elan edib. Məlum olub ki, Azad Məmmədli bakalavr təhsilini Rusiyada alıb və magistr təhsilini Fransada başa vurub. İşləmək üçün Türkiyəyə gəlsə də, iş tapmadığı üçün ölkəyə qayıdıb. Daha sonra Moskvada təcrübəçi kimi iki ay hüquqşünas kimi şirkətlərin birində çalışıb. Sonra Fransada İT şirkətində müqavilələr üzrə mütəxəsis vəzifəsində çalışsa da, burada əməkdaşlığı uzun sürməyib və o, yenidən ölkəyə qayıdaraq bankların birinin Hüquq departamentində çalışıb. Onun burada da əməkdaşlığı uzunmüddətli olmayıb və o, yenidən xarici ölkələrə gedərək orada çalışıb.

Azad Məmmədli ifadəsində qeyd edib ki, fransız dilini təkmilləşdirmək üçün "28 May" metrosunun yanında yerləşən kursa gedib: "Bir müddət sonra həmin kursda fransız dilini mənə tədris edən Z.M.-lə dostlaşdıq.

Sonra bulvarda gəzərkən Z.M.-lə rastlaşdım. Həmin görüş zamanı Z.M. Martin Rayanla məni tanış etdi və mənim onun tələbəsi olduğumu Martinə dedi. Tanışlıqdan sonra kafedə görüşdük. Azərbaycanda və Fransada iş tapılması məsələlərindən danışdıq. Bir müddət sonra Martin mənə zəng edərək öz evində baş tutan qonaqlığa dəvət etdi. Həmin qonaqlıq zamanı mən Frederik Devosla tanış oldum. Həmin tanışlıq nəticəsində mənim Frederik Devosla görüşüm baş tutub. Frederik Devos mənim Rusiyada aldığım təhsillə və siyasi analiz qabiliyyətimlə maraqlanırdı. Növbəti görüşdə Devos mənimlə Azərbaycan-İran, Azərbaycan-Ermənistan münasibətləri, casus şəbəkələri, "Hüseynçilər" qruplaşması barədə söhbət edib.

Azad Məmmədlinin istintaqa verdiyi ifadəsinə görə, o, Loran Qrardla tədbirlərin birində tanış olub:

"Onunla tanış olduqdan sonra məndən keçirilən bütün tədbirlərdə iştirak etməyimi istədi. Mən onunla görüşdüm. Görüş zamanı masa üzərində olan qələmi götürməyimi, həmin qələmdə olan elektron poçt ünvanına yazmağımı istədi. Lakin mən qələmi götürmədim və ona yazılı məlumat verməyəcəyimi bildirdim. Sonra o mənə "Siqnal" tətbiqini yükləməyimi istədi. Mənim Loranla növbəti görüşüm zamanı o mənə kitab hədiyyə etdi. Həmin kitabın son səhifəsində elektron poçt ünvanı qeyd edilmişdi. O mənə fikrimi dəyişəcəyim halda, həmin poçta yazmağımı istədi. Lakin mən bunu qəti şəkildə rədd etdim".

Azad Məmmədli ifadəsində daha sonra bildirib ki, Loran Lödi ilə Fransa səfirliyinin təşkil etdiyi tədbirdə tanış olub: "Tədbirdə söhbət etsək də, o mənə çalışdığı yer barədə məlumat vermədi".

Oktyabrın 1-də keçirilməsi nəzərdə tutulan növbəti prosesdə təqsirləndirilən Azad Məmmədlinin ibtidai istintaqa verdiyi ifadənin davamı elan ediləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. DTX tərəfindən "Merkorama" MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan "persona non-grata" elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə AR Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://axar.az
archiveBu xəbər 08 Sentyabr 2025 18:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see251

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see206

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see184

İngiltərə Premyer Liqası: “Arsenal”ın Birminhem səfəri, “Mançester Siti” “qara pişiklər”i sınağa çəkəcək in İCMALI

06 Dekabr 2025 13:29see150

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see137

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see137

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see137

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see125

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri