Fransaya prezident təyyarəsi ilə deyil, adi reyslə getdi
Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransaya ikigünlük işgüzar səfərə yola düşüb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə hökumət başçısının mətbuat katibi Melaniya Arutyunyan məlumat yayıb.
“Baş nazir Parisdə Beynəlxalq Kosmik Sammitdə iştirak edəcək. Səfər çərçivəsində həmçinin Fransa Prezidenti Emmanuel Makronla görüş planlaşdırılıb”, - o deyib.
Paşinyanın Fransaya prezident təyyarəsi ilə deyil, adi reyslə yola düşdüyü bildirilir.
Qeyd edək ki, Ermənistan Baş nazirinin Fransaya son səfəri bu ilin mart ayında baş tutub.
Beynəlxalq Kosmik Sammit sentyabrın 9-10-u Parisdə Qran-Pale sərgi mərkəzində keçiriləcək. Tədbirdə 120-dən çox ölkədən nümayəndə heyətlərinin, o cümlədən dövlət və hökumət başçılarının, kosmik agentliklərin nümayəndələrinin, alimlərin və hərbçilərin iştirakı gözlənilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 09 Sentyabr 2026 09:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















