Icma.az
close
up
RU
Fransız agentləri maraqlandıran İlqar və Kənan kim idi? FOTO

Fransız agentləri maraqlandıran İlqar və Kənan kim idi? FOTO

Icma.az bildirir, Avtosfer saytına əsaslanaraq.

Dövlət təhlükəsizliyinə qarşı cinayətlərdə ittiham olunan fransalı iş adamı Martin Ryan və azərbaycanlı hüquqşünas Azad Məmmədlinin məhkəmə araşdırması davam edir.

Avtosfer.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən budəfəki iclasda Martin Ryan dövlət ittihamçısının suallarını cavablandırıb.

Məhkəmə prosesi jurnalistlərin və səfirlik nümayəndələrinin də iştirakı ilə açıq şəkildə keçirilib.

Əvvəlki iclasda Martin Ryan sərbəst ifadə verərək Fransanın Azərbaycandakı səfirliyinin bir neçə əməkdaşının casusluq fəaliyyəti ilə məşğul olduğunu etiraf etmişdi. Bu dəfə isə o, iş üçün başqa əhəmiyyətli məsələlərə toxunub, Fransanın ölkəmizdəki agentləri ilə görüşlərini etiraf edib.

Casusluq şəbəkəsinə cəlb olunması və Frederik Devosla ilk görüş

Martin Ryanın həqiqi casusluq fəaliyyəti Frederik Devos adlı fransız kəşfiyyatçı ilə görüşündən sonra başlayıb: “Azərbaycana ilk gəlişim məndə gözəl təəssüratlar yaratmışdı. Sonradan səfirliklə əlaqələrim yarandı. Frederiklə isə ilk dəfə Bakının mərkəzində yerləşən restoranda keçirilən məclisdə tanış olduq. Məclisi Fransa səfirliyi təşkil etmişdi. Məni də qonaq kimi dəvət etmişdilər. Orada Frederiklə tanış olduq. Təxminən 10 dəqiqə söhbət etdik. Söhbətimizin sonunda daimi əlaqədə qalmağı təklif etdi. Mən də onu dost kimi qəbul etdim. Sonralar anladım ki, səfirlikdə təhlükəsizliklə məşğul olmasını deməsi şübhəli idi.

Onunla ikinci görüşümüzdə daha ətraflı söhbət etdik. Dedi ki, burada olma səbəbi fransızların təhlükəsizliyi ilə bağlıdır. Bundan əlavə, bölgədə baş verənlər, xüsusən də İranla münasibətlər haqda təhlillər aparır. Sonra cibindən bir nəfərin fotosunu çıxarıb göstərdi. Dedi ki, şəkildəki adam rusiyalıdır, təhlükəlidir. Həmin şəxsin Bakıda iş adamları ilə görüşə biləcəyini bildirdi, ehtiyatlı olmağımı tövsiyə etdi.

Frederik xarici ölkə vətəndaşları barəsində şübhəli məqamlardan danışır, hər hansı belə məlumat əldə edərəmsə, onunla paylaşmağımı istəyirdi”.

Azərbaycan-Ermənistan müharibəsinə maraq və İranla əlaqələr

“Əvvəl mən Frederikə iqtisadi məsələlərlə bağlı yazılı məlumat verirdim. Azərbaycanla Ermənistan arasında 44 günlük müharibə başlayandan sonra isə bu mövzuda maraqlanmağa başladı. Azərbaycanın müharibəni davam etdirə bilib-bilməyəcəyini soruşurdu. Mən də şəxsi axtarışlarım əsasında ona nələrsə deyirdim. Hə, bir də onu maraqlandıran əsas məsələlər Azərbaycanın Türkiyə və Pakistanla münasibətləri, Azərbaycanı kimlərin dəstəkləməsi idi”, - deyə o əlavə edib. 

M.Ryan növbəti sualı cavablandırarkən iranlılarla əlaqələrindən söz açıb. Deyib ki, Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum baş verən ərəfədə müxtəlif iranlı şəxslər onunla əlaqə qurmağa çalışıb və əsasən iqtisadi məsələlərlə bağlı suallar veriblər: “Çox vaxt teleqram üzərindən yazırdılar. Nömrəmi necə tapdıqlarını da bilmirdim. Bir iranlı qadın isə daha çox yadımdadır. O, feysbukda yazmışdı. Çin və Azərbaycan arasında iqtisadi münasibətlərin hansı səviyyədə olduğu barədə mənə suallar verirdi.

Lakin daha əvvəl Azərbaycanlı dostlarım iranlı və rus iş adamları ilə ehtiyatlı olmağımı tövsiyə etmişdilər. Buna görə də həmin qadınla əsasən iş barədə danışmağa çalışırdım”.

Azad Məmmədlinin rolu

Fransız müttəhim Azad Məmmədlinin Fransa kəşfiyyatçıları üçün xüsusi əhəmiyyət daşıdığını da açıq şəkildə etiraf edib. Onun sözlərinə görə, Fransa agentləri Azərbaycan-Rusiya münasibətləri haqda daha çox məlumat əldə etmək istəyirdi və bu səbəbdən A.Məmmədli onların diqqətini çəkmişdi: “Azad istədikləri adam idi. Rusiyada təhsil alıb, fransızcanı da yaxşı bilirdi. Həmin dönəmdə də iş axtarırdı. Azad daha dəqiq, məqsədli adam idi. Tanışlıq yarandıqdan sonra mən və başqa iş adamları ilə görüşləri də Azad təşkil edirdi.

Fransız agentləri maraqlandıran İlqar və Kənan kim idi?

Martin Ryan Fransa agentlərinin İlqar və Kənan adlı azərbaycanlılarla da görüşmək istədiyini bildirib. İlqarın hansısa şirkətin rəhbəri olduğunu qeyd edib. O tez-tez viza almaq üçün Fransa səfirliyinə müraciət edirmiş. Buna görə də Frederik onunla tanış olmaq istəyib. 

Kənan isə Sərhəd Qoşunlarında hərbi cərrah kimi fəaliyyət göstərib, polkovnik rütbəsi daşıyıb. Martin Ryan ifadəsində fransız agentlərin Kənanla da görüşmək istədiyini deyib, lakin bu görüşlərin baş tutub-tutmadığı bilinmir.

Məndən kəşfiyyat xarakterli məlumatlar almaq üçün istifadə etdilər

Təqsirləndirilən şəxs Fransa səfirliyindəki agentlərin kəşfiyyat xarakterli məlumatlar əldə etmək üçün ondan istifadə etdiklərini bir daha etiraf edib: “Frederikdən əlavə, Jerom və Loranla da yaxın idim. 2017-ci ildən həbs edildiyim günə kimi səfirliklə əməkdaşlıq etmişəm. 2023-cü ilin yayında Loran mənimlə əlaqəni kəsəndən sonra məndən istifadə etdiklərinə əmin oldum. Nə bilərdim, sonda başıma belə iş gələcək”.

“Bunları bildiyiniz halda, niyə hüquq-mühafizə orqanlarına məlumat vermədiniz?” sualına isə Ryan belə cavab verib: “İşimlə əlaqədar Fransa səfirliyi ilə sıx təmasda idim. Səfirlik mənim üçün vacib idi. Həm də düşünürdüm ki, bir gün ölkəmə qayıtmalı olacağam. Ona görə də şikayət etmədim”.

Məhkəməyə sədrlik edən hakim Elmin Rüstəmov iclasın sonunda Ryandan etdiyi xidmətlərə qarşılıq olaraq nə əldə etdiyini soruşub. O isə təlimatlara tabe olduğunu qəbul etsə də, maddi qazanc əldə etmədiyini deyib.

Növbəti proses aprelin 14-ü keçiriləcək. Həmin gün Martin Ryan öz vəkilinin suallarını cavablandıracaq.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən toplanmış sübutlar əsasında cinayət məsuliyyətinə cəlb ediliblər. Martin Ryan casusluq, Azad Məmmədli isə dövlətə xəyanətdə ittiham edilir. Onlar ikisi də DTX-nin istintaq təcridxanasında saxlanılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 13 Mart 2025 18:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri