Icma.az
close
up
RU
Fransız general: Aİ qoşunları atəşkəsdən sonra Ukraynaya göndərilə bilər

Fransız general: Aİ qoşunları atəşkəsdən sonra Ukraynaya göndərilə bilər

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Avropa ölkələri öz qoşunlarını Ukraynaya atəşkəs olacağı təqdirdə onun təhlükəsizliyini təmin etmək üçün göndərə bilər, lakin birbaşa döyüş əməliyyatlarında iştirak etmək üçün yox.

Bizimyol.info xəbər verir ki, bu fikirləri fransız general və müdafiə mütəxəssisi Jerom Pellistrandi deyib.

“Burada söhbət, Avropa İttifaqına (Aİ) daxil olan olkələrin əsgərlərini döyüşmək üçün Ukraynaya göndərməkdən getmir. İdeya, yeni Amerika administrasiyası sülhə sürətli yol tapmaq istədiyinə görə Ukraynaya təhlükəsizlik zəmanəti vermək üçün müharibədən sonra nə baş verəcəyini düşünməkdir”, - deyə o, "Le Journal du Dimanche"yə bildirib.

Nəşr qeyd edir ki, Avropa ölkələri potensial atəşkəs razılaşmasının icrası üçün qoşun göndərə bilər. Fransa Quru Qoşunlarının Baş Qərargah rəisi Pyer Çillin sözlərinə görə, Ukraynadakı Avropa qoşunlarının koalisiyası münaqişə tərəfləri arasında təmas xəttinə nəzarət edə bilər. Qəzet yazır ki, bu, hərbi əməliyyatlara genişmiqyaslı müdaxilə etmədən “eskalasiyanın qarşısını almaq üçün” qüvvələrin yerləşdirilməsini nəzərdə tutur. Onun qiymətləndirməsinə görə, qoşunların yerləşdirilməsi ideyası Aİ üçün “ciddi problemlər nəzərdə tutur”. Beləliklə, yalnız Fransa və İngiltərə belə bir koalisiyanın lideri kimi çıxış edə bilər, çünki Almaniya “daxili böhranları ilə zəifləyib”. Nəşr vurğulayır ki, “Avropanın bu planları həyata keçirmək üçün siyasi iradə və vasitəyə malik olub-olmaması” da aydın deyil.

Noyabrın 25-də “Le Monde” qəzeti yazıb ki, Avropa ölkələri Ukraynaya qoşun və ya ÖHŞ döyüşçülərinin göndərilməsi imkanları ilə bağlı müzakirələri bərpa ediblər. Bu, Donald Trampın 2025-ci il yanvarın 20-də ABŞ prezidenti vəzifəsinə başlamasından sonra ABŞ-ın Ukraynanı dəstəkləməkdən imtina etməsi etimalı ilə bağlıdır. Qeyd olunub ki, Böyük Britaniyanın Baş naziri Key Starmerin noyabrın 11-də Fransaya səfərindən sonra danışıqlar davam etdirilib.

Fransa prezidenti Emmanuel Makron fevralın 26-da bildirib ki, Parisdə 20-yə yaxın Qərb ölkəsinin nümayəndələrinin iştirakı ilə keçirilən görüşdə Qərb dövlətlərinin quru qoşunlarının Ukraynaya göndərilməsi mövzusu qaldırılıb. Onun sözlərinə görə, o zaman iştirakçılar bu məsələ ilə bağlı konsensus əldə etməyiblər, lakin gələcəkdə belə bir ssenarinin olmasını da istisna etmək olmaz. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, xarici hərbi kontingentlərin Ukraynada görünməsi son dərəcə mənfi, hətta qarşısıalınmaz nəticələrə səbəb ola bilər.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 28 Noyabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri