Icma.az
close
up
RU
Fransız kinosunun ikonası Öz oğluna nifrət edən heyvansevər, irqçi Bardonun ziddiyyətli həyatı

Fransız kinosunun ikonası Öz oğluna nifrət edən heyvansevər, irqçi Bardonun ziddiyyətli həyatı

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Fransız kinosunun ikonası Bricit Bardo dünən (28 dekabr) ciddi xəstəlik səbəbilə bir müddət əvvəl xəstəxanaya yerləşdirildikdən aylar sonra Fransanın cənubundakı evində vəfat edib. Ölüm səbəbi açıqlanmayıb.
Bakupost.az, xarici mediaya istinadən xəbər verir ki, İkinci Dünya müharibəsindən sonrakı dövrün ən tanınmış kino simalarından biri olub. 1956-cı ildə çəkilmiş “Et Dieu Créa la Femme” (“Və Tanrı qadını yaratdı”) filmi Bardonu dünya şöhrətinə qovuşduran ekran işi hesab olunur. Filmdə 18 yaşlı yetim qızı canlandıran aktrisa o dövr üçün qəbul edilməz hesab edilən və sərhədləri aşan intim obrazı ilə böyük rezonans doğurmuşdu.
Bricit Bardonun 91 yaşında vəfatından sonra onun tək oğlu ilə münasibətləri yenidən müzakirə mövzusuna çevrilib. Bardonun illər əvvəl oğlu barədə səsləndirdiyi sərt fikirlər və sonradan verdiyi vəd ictimaiyyətin diqqətini çəkib.
65 yaşlı Nikolas-Jak Şarye Bardonun yeganə övladıdır. Aktrisa uzun illər ana olmaq istəmədiyini açıq şəkildə bildirib və bu ana-oğul arasında gərgin münasibətlərə səbəb olub. Bardo 2024-cü ilin iyununda “Paris Match” jurnalına verdiyi müsahibədə Nikolasla razılaşdıqlarını və bundan sonrakı müsahibələrində onun adını çəkməyəcəyinə söz verdiyini demişdi.

Bardo 1960-cı ildə ikinci əri Jak Şaryedən ana olub. Cütlük 1962-ci ildə boşandıqdan sonra Nikolas atasının ailəsi tərəfindən böyüdülüb. Aktrisanın 1996-cı ildə yayımlanan “Initiales B.B.” adlı xatirə kitabında oğlunu “bədbəxtliyimin obyekti” kimi təsvir etməsi böyük qalmaqala səbəb olmuşdu. Həmin kitabdan sonra Şarye və atası Bardonu məhkəməyə verib və məhkəmə aktrisanın təxminən 40 min dollar təzminat ödəməsinə qərar verib.
Bardo xatirələrində ana olmağa hazır olmadığını, hamiləliyi istəmədiyini və o dövrdə abortun Fransada qanunsuz olduğu üçün uşaq dünyaya gətirməyə məcbur qaldığını yazmışdı. O, bir mətbuat konfransında oğlu ilə bağlı suala cavab olaraq “kiçik bir it dünyaya gətirməyi üstün tutardım” deməsi ilə də ciddi tənqidlərə məruz qalmışdı.
İllər keçdikcə ana və oğul münasibətləri məhdud da olsa normallaşıb. Nikolas Norveçdə ailə həyatı qurub, Bardo isə 2018-ci ildə verdiyi müsahibədə hər il bir-birini ziyarət etdiklərini bildirib.
Siyasi baxışları ilə də tez-tez mübahisə doğuran Bardo heyvan hüquqları mövqeyi ilə rəğbət qazansa da, ifrat sağçı siyasi baxışları onun nüfuzuna ciddi zərbə vurub.
Fransaya miqrasiyanı sərt şəkildə tənqid edən, xüsusilə müsəlmanları hədəf alan açıqlamaları ilə gündəmə gələn Bardo irqi nifrəti qızışdırmaq ittihamı ilə beş dəfə məhkəmə cəzası alıb. Onun İslamı, xüsusilə qurban mərasimini tənqid etməsi geniş müzakirələrə səbəb olmuşdu.
1992-ci ildə ifrat sağçı siyasətçi Jan-Mari Le Penin müşaviri Bernar d’Ormal ilə evlənməsi Bardonun siyasi mövqeyini daha da sərtləşdirib. Aktrisa 2012-ci ildə Le Penin qızı Marin Le Penin prezidentliyə namizədliyini dəstəkləməklə də ciddi tənqidlərə məruz qalmışdı.
Bardo 2018-ci ildə #MeToo hərəkatının ən fəal dövründə verdiyi müsahibədə cinsi zorakılığa etiraz edən bir çox aktrisanı “ikiüzlü” adlandırmış, rol almaq üçün keçmişdə prodüserlərə intim münasibətdə olduqlarını iddia etməklə daha bir qalmaqal yaratmışdı.
Cavid, BakuPost


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:204
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 29 Dekabr 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri