Icma.az
close
up
RU
“Fransız “Miraj“ qırıcıları işğalçıların həyatını çətinləşdirəcək“ “Forbes“

“Fransız “Miraj“ qırıcıları işğalçıların həyatını çətinləşdirəcək“ “Forbes“

Moderator.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Bu qırıcılar Ukraynanın HHQ imkanlarını genişləndirəcək və xüsusilə Rusiyanın komanda məntəqələrinə dərin zərbələr endirməyə imkan verəcək..."

Ukraynalılar işğalçılarla mübarizədə məqsədyönlü şəkildə onların komandanları və qərargahlarına zərbələr endirir.

Moderator.az xəbər verir ki, bu barədə "Forbes" nəşri yazıb.

Fransız podratçıları Ukraynaya tədarük edilmiş səsdən sürətli, təkyerli "Mirage 2000-5" qırıcılarını modifikasiya edib. İndi onlar Fransanın Ukraynaya verdiyi SCALP-EG qanadlı raketləri ilə silahlandırıla bilir.

"Forbes" analitiki David Aks yazır ki, bu qırıcılar Ukrayna Hərbi Hava Qüvvələrinin (HHQ) imkanlarını genişləndirəcək və xüsusilə Rusiyanın komanda məntəqələrinə dərin zərbələr endirmək potensialına sahib olacaq.

O, vurğulayıb ki, "Mirajlar" köhnəlmiş Ukrayna HHQ-ni modernləşdirmək çərçivəsində böyüyən F-16 donanmasını tamamlayacaq. Hazırda Ukrayna ordusunda əsasən bir neçə yüz sovet dövrünə aid döyüş təyyarəsi qalıb.

"Hərbi- hava qüvvələri bu köhnə təyyarələrin təxminən 100-nü itirib. 85 F-16 və ehtimal ki, ondan çox "Mirage 2000" modeli mövcud sovet təyyarələrini tamamlaya bilər", - Aks yazıb.

Analitik qeyd edib ki, "Mirajlar" yerüstü hədəflərə hücum tapşırıqlarını yerinə yetirə biləcək, çünki fransız mütəxəssisləri onları SCALP-EG raketlərindən başqa, Ukraynanın Fransadan aldığı "Hammer" planlaşdırıcı bombalarını da daşımaq üçün uyğunlaşdırıb.

SCALP-EG raketləri həlledici rol oynayır. Çəkisi 1,3 ton olan və 250 km uçuş məsafəsinə malik bu raketlər bunkerə nüfuz edə bilən tandem döyüş başlıqları ilə işğalçıları ən həssas yerlərində-onların qərargahlarında vurmağa qadirdir.

Bununla belə, analitik vurğulayıb ki, "Mirajlar yalnız kifayət qədər sursat olduqda effektiv olacaq". "Fransa və İtaliyadan Ukraynanın nə qədər SCALP-EG raketi aldığı bəlli deyil. Ola bilsin ki, cəmi 100 ədəd olsun.

Eyni zamanda, uzunmüddətli ağır döyüşlərdən sonra Ukraynanın nə qədər raket ehtiyatının qaldığı da bilinmir", - o, qeyd edib. Analitik əlavə edib ki, Fransa daha çox raket tədarük edəcəyinə söz verib, lakin bunun üçün müəyyən vaxt tələb olunur.

Ukrayna üçün "Mirage 2000" qırıcıları

Fevralın 6-da Ukraynanın ilk fransız "Mirage 2000" qırıcılarını aldığı məlum olub. Daha sonra Ukrayna prezidenti Vladimir Zelenski bu təyyarələrin çatdırıldığını təsdiqləyib. Onun sözlərinə görə, bu qırıcılar Ukraynanın hava hücumundan müdafiə qabiliyyətini gücləndirməlidir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:187
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Fevral 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see362

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see361

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see353

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see347

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see340

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see330

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see325

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see313

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see312

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see309

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see299

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see297

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see292

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see277

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see267

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see258

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see244

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see201

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri