Fransız ordusu qovuldu, türk ordusu bu ölkəyə yerləşir
Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.
Türkiyə ilə Afrika ölkəsi – Çad arasında əlaqələrin güclənməsi və müdafiə sahəsində əməkdaşlıq Fransa mediasında ciddi narahatlığa səbəb olub.
Axar.az xəbər verir ki, Fransa ordusunun ötən ilin dekabrında Çaddan çıxmasından sonra Türkiyə PUA-larının bu ölkədəki Faya-Largeau aviabazasına yerləşdirildiyi iddia edilib. Türk PUA-larının hərbi məqsədlə Çada gətirildiyi deyilir.
Üstəlik, bazada mütəxəssislər, “Bayraqdar” şirkəti əməkdaşları və xidmət üzrə heyətin olduğu bildirilib.
“Türkiyə getdikcə Afrika ordularının imtiyazlı tərəfdaşına çevrilir. Türkiyə regiondakı boşluqları doldurur və Afrikada böyük ideyalar arxasınca gedir, bir çox ölkə qarşısında özünü təsdiqləyib”, - Fransa mediası yazır.
Qeyd edilir ki, Fransa siyasi rəhbərliyi Türkiyənin Çadda hərbi baza yaradacağından da narahatdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:78
Bu xəbər 03 Fevral 2025 08:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















