Icma.az
close
up
RU
Fransız tələbələrə Azərbaycanın mədəniyyət diplomatiyasından danışılıb

Fransız tələbələrə Azərbaycanın mədəniyyət diplomatiyasından danışılıb

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Parisdə “Quai Branly” muzeyində magistrantlar üçün “Mədəni irs hüququ” adlı kollokvium keçirilib.

AZƏRTAC xəbər verir ki, kollokvium çərçivəsində “Mədəniyyət diplomatiyası” mövzusunda dəyirmi masada Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova ölkəmizin tarixi, qədim və zəngin mədəni irsi, onun qorunması, eləcə də mədəniyyət diplomatiyasının müstəsna rolundan danışıb. O, Fransadakı səfirliyin Azərbaycan mədəniyyətinin tanıdılması istiqamətində apardığı həyata keçirdiyi layihələr haqqında məlumat verib, mədəniyyət diplomatiyasının ölkənin tanıdılması və təşviqi istiqamətində, eləcə də insanlar arasında dialoqa, yaxınlaşmağa verdiyi töhfələrdən söz açıb. Bildirib ki, müxtəlif sivilizasiyaların kəsişməsində yerləşən Azərbaycan müxtəlif mədəniyyətlərin mövcud olduğu və qovuşduğu müqəddəs bir torpaqdır. Ölkədə yaşayan bütün dinlərin, etnik qrupların nümayəndələri birgə mehriban yaşayırlar.

Dəyirmi masada Prezident İlham Əliyev tərəfindən dünyada sülhün və mədəniyyətlər arasında dialoqun qurulması məqsədilə “Bakı Prosesi” təşəbbüsünün irəli sürülməsindən, “Bakı Prosesi”nin dünyada mədəniyyətlər və dinlərarası dialoqun gücləndirilməsi və təbliği üçün qlobal bir platformaya çevrilməsindən bəhs olunub. Dinlər və mədəniyyətlərarası dialoqa Azərbaycanın verdiyi töhfələrdən danışılıb. Heydər Əliyev Fondunun milli və beynəlxalq səviyyədə müxtəlif dinlərə məxsus mədəniyyət abidələrinin bərpası sahəsində Fransa, İtaliya və Vatikanda həyata keçirdiyi layihələrdən bəhs olunub.

UNESCO konvensiyalarının mədəni irsin qorunması sahəsində səmərəliliyinə gəldikdə isə qeyd olunub ki, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması” haqqında 1954-cü il Konvensiyasına baxmayaraq, torpaqlarımız Ermənistanın işğalı altında olduğu dövrdə bu ərazilərdəki tarixi və mədəniyyət abidələrimiz dağıdılıb və konvensiyaya riayət edilməyib.

Diqqətə çatdırılıb ki, bəzi ölkəllərin genişmiqyaslı və planlaşdırılmış böhtan və qarayaxma kampaniyasına baxmayaraq, Azərbaycan iqlim danışıqlarında tarixi nəticələr əldə etməyə nail olub. “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutan Azərbaycan bitərəf vasitəçi kimi çıxış edərək danışıqların qərəzsiz aparılması üçün bütün imkanları yaradıb. Ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirilib. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. COP29-da İtki və Zərər Fondu, eləcə karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olundu. Bakıda keçirilən COP29 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard ABŞ dolları təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək.

Tədbirdə mədəniyyət diplomatiyasının iki ölkə arasında bütün sahələrdə əməkdaşlığa töhfə verdiyi, Parisin mərkəzində keçirilmiş “Azərbaycan şəhərciyi” və bu layihə çərçivəsində mədəniyyətimizin, mətbəximizin, incəsənətimizin təşviq edildiyi bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 11 Dekabr 2024 16:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri