Icma.az
close
up
RU
Fransız və yapon qadınları niyə zərif şəkildə qocalırlar? Sadə vərdiş

Fransız və yapon qadınları niyə zərif şəkildə qocalırlar? Sadə vərdiş

Lent az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Fransız və yapon qadınlarının zərif və sağlam şəkildə yaşlanmasının sirri xüsusi kosmetik vasitələrdə və ya genetik üstünlükdə deyil. Mütəxəssislər bildirirlər ki, əsas amil onların qidalanma mədəniyyəti şüurlu və ölçülü yemək vərdişidir.

Lent.az xəbər verir ki, bu ölkələrdə qadınlar yeməyə tələsmir, porsiyalara nəzarət edir və qidanın keyfiyyətinə üstünlük verirlər.

Araşdırmalar göstərir ki, şüurlu qidalanan insanlar təxminən 30 faiz daha az kalori qəbul edir və yeməkdən daha çox məmnun qalırlar. Bu isə piylənmənin azalmasına, həzmin yaxşılaşmasına və daha sağlam qocalmaya şərait yaradır.

Keyfiyyət rahatlıqdan önəmlidir

Fransa və Yaponiyada üstünlük təzə və təbii məhsullara verilir. Əhali mövsümi məhsullar alır, bazarlara üstünlük verir və evdə yemək bişirməyə daha çox vaxt ayırır. Tədqiqatlara əsasən, həftədə ən azı beş dəfə evdə yemək hazırlayan qadınlarda iltihab göstəriciləri daha aşağı olur. Bu isə yaşlanma prosesinin ləngiməsi ilə əlaqələndirilir.

Sosial yemək mədəniyyəti

Hər iki ölkədə yemək yalnız fiziki ehtiyac deyil, həm də sosial hadisə sayılır. Ailələr bir masa arxasında toplaşır, dostlar birlikdə vaxt keçirir. Psixoloqlar qeyd edirlər ki, birgə yemək beyində fərqli neyron əlaqələri aktivləşdirir. İnsanlar bu zaman daha yavaş yeyir, qidanı yaxşı çeynəyir və daha az porsiya ilə kifayətlənirlər.

Aclıq hissinə qulaq asmaq

Fransız qadınlar tez-tez qəlyanaltı etmirlər. Onlar doyurucu yemək yeyir və növbəti real aclıq hissinə qədər fasilə verirlər. Yaponiyada isə “hara hachi bu” prinsipi tətbiq olunur, yəni insan özünü 80 faiz doymuş hiss edənədək yemək yeyir.

Mütəxəssislər bildirirlər ki, bu yanaşma xroniki iltihabı və oksidləşdirici stressi azaldır. Bu iki faktor isə yaşlanmanın əsas səbəblərindən hesab olunur. Aparılan araşdırmalar intuitiv qidalanan qadınlarda stress hormonu olan kortizolun daha aşağı səviyyədə olduğunu və metabolik sağlamlığın daha yaxşı olduğunu göstərir.

Günahkarlıq hissi olmadan zövq

Fransız və yapon qadınlar şirniyyatdan və sevdikləri yeməklərdən tam imtina etmirlər. Onlar şokolad və desertdən həzz alırlar, lakin bunu kiçik porsiyalarla və şüurlu şəkildə edirlər. Bu yanaşma həddindən artıq yemək sonra məhdudlaşdırma dövrünün qarşısını alır.

Mütəxəssislər vurğulayırlar ki, davamlı günahkarlıq və stress hissi orqanizmdə iltihabi reaksiyaları gücləndirə bilər. Bu isə həm sağlamlıqda, həm də xarici görünüşdə özünü göstərir.

Araşdırmalar göstərir ki, yeməyə dəyər verilən, qidalanma vaxtına hörmət olunan mədəniyyətlərdə depressiya, narahatlıq və yaşla bağlı idrak zəifləməsi daha aşağı səviyyədə olur.

Beləliklə, ekspertlər hesab edirlər ki, zərif qocalmanın sirri mürəkkəb deyil. Əsas məqam şüurlu qidalanma, keyfiyyətli məhsul seçimi, sosial ünsiyyət və öz orqanizminin siqnallarına diqqət yetirməkdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://lent.az
archiveBu xəbər 27 Fevral 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see321

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see321

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see306

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see271

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see266

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see264

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see263

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see255

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see245

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see245

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see236

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see228

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see227

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see225

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see222

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see221

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see221

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see220

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see217

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri