Icma.az
close
up
RU
Fransızlar ayağa qalxdı Makron istefa versin!

Fransızlar ayağa qalxdı Makron istefa versin!

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fransada davam edən kütləvi etiraz aksiyaları ölkə üzrə həyatın müxtəlif sahələrinə ciddi təsir göstərib.

Modern.az xəbər verir ki, etiraz yürüşlərindən əvvəl Marseldə çıxış edən solçu “İtaətsiz Fransa” partiyasının lideri Jan-Lyuk Melanşon aksiyaların qaçılmaz olaraq siyasi nəticələr doğuracağını bəyan edib.

O bildirib ki, Baş nazir Sebastyan Lekorn parlamentin dəstəyini qazana bilməyəcək və istefaya getməyə məcbur olacaq.

Melanşonun sözlərinə görə, mövcud böhranın əsas məsuliyyəti Prezident Emmanuel Makronun üzərindədir. “Yeganə çıxış yolu prezidentin istefasıdır”, - deyə o vurğulayıb.

Marseldə nümayişçilər İsrailə hərbi texnika tədarük edən "Eurolinks" müdafiə müəssisəsini blokadaya alıblar. Fransa parlamentinin deputatı Qabriyel Katala sosial şəbəkədə zavodun bağlanması tələbi ilə aksiya keçirənləri alqışladığını bildirib. Nümayişçilər “Bu soyqırımı zavodunu bağlayın” yazılmış plakat qaldırıblar.

Aksiya çərçivəsində ölkənin bir çox şəhərlərində ictimai nəqliyyatda da ciddi problemlər yaşanır. Lion, Bordo və Nantda tramvay və avtobusların hərəkəti məhdudlaşdırılıb, Paris və paytaxt regionunda metro və şəhərətrafı qatarların fəaliyyətində nasazlıqlar qeydə alınıb.

Fransa Əczaçılar Federasiyasının məlumatına görə, etiraz aksiyaları çərçivəsində ölkə üzrə apteklərin 90 faizi fəaliyyətini dayandırıb. Onlar hökumətin sentyabrın 1-dən qüvvəyə minmiş yeni qənaət tədbirlərinə, generik dərmanlara tətbiq olunan kommersiya endirimlərinin azaldılmasına etiraz edirlər. Peşə assosiasiyaları bunun apteklərin bağlanmasına və ixtisarlara səbəb ola biləcəyini bildirirlər.

BMFTV telekanalının sorğusuna əsasən, fransızların 56 faizi tətili dəstəkləyir, 25 faizi əleyhinədir, 18 faizi isə buna biganədir.

Daxili İşlər naziri Bryuno Retayo ölkə üzrə gün ərzində 230 etiraz aksiyası keçirildiyini, 95 blokada cəhdinin qeydə alındığını açıqlayıb. Aksiyalarda ümumilikdə 10 min nəfər iştirak edib, 58 nəfər saxlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://modern.az
archiveBu xəbər 18 Sentyabr 2025 15:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see320

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see310

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see302

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see294

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see289

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see280

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see271

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see260

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see256

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see253

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see244

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see224

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see221

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see213

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see212

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see202

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see184

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see182

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see173

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri