Icma.az
close
up
RU
Fransızlar kartofu belə qızardır Xırçıldamasının sirri

Fransızlar kartofu belə qızardır Xırçıldamasının sirri

Lent az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Qızardılmış kartof ən sadə və sevilən yeməklərdən biri olsa da, onu hər dəfə mükəmməl hazırlamaq mümkün olmur. Bəzən kartof həddindən artıq yumşaq, bəzən isə quru alınır. Fransız mətbəxində isə kartofun çölünün xırtıldayan, içinin yumşaq və dadlı olması üçün maraqlı üsuldan istifadə edilir.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yaxşı qızdırılmış tavada ördək yağı kartof dilimlərinin səthini örtərək onların qızılı rəng almasına və xırtıldayan qabıqla örtülməsinə kömək edir. Bu üsulun əsas üstünlüklərindən biri də yeməyin daha zəngin və ətirli dada malik olmasıdır. Fransız mətbəxində geniş istifadə olunan ördək yağı adi kartof qızartmasını belə xüsusi ləzzətə malik yeməyə çevirə bilir.

Kartofu ördək yağında necə qızartmaq olar?

Mütəxəssislər bildirirlər ki, kartofun dadlı alınması üçün yalnız yağ seçimi deyil, istifadə edilən ədviyyatlar da mühüm rol oynayır.

Yeməyə kəklikotu, cəfəri və ya rozmarin əlavə etmək tövsiyə olunur. Bundan başqa, sarımsaq, duz və istiot da kartofun dadını daha da zənginləşdirir. Kartoflar eyni ölçüdə kub və ya dilim şəklində doğranmalıdır. Bu, onların bərabər şəkildə bişməsinə kömək edir.

"Ricardo" kulinariya portalının mütəxəssisləri isə kartofu qızartmazdan əvvəl duzlu suda qismən bişirməyi məsləhət görürlər. Bundan sonra kartoflar sudan çıxarılmalı və yaxşıca qurudulmalıdır. Çünki kartofun üzərində qalan artıq nəmlik onun xırtıldayan olmasına mane ola bilər.

Bir kiloqram kartof üçün nə qədər yağ lazımdır?

Mütəxəssislərin sözlərinə görə, bir kiloqram kartof üçün təxminən 40–50 qram ördək yağı kifayətdir. Yağ geniş, mümkün olduqda çuqun tavada əridilməlidir. Kartof dilimləri isə tavaya elə yerləşdirilməlidir ki, onların arasında kifayət qədər boşluq qalsın. Tavanın həddindən artıq doldurulması kartofun qızarmaq əvəzinə buxarda bişməsinə səbəb ola bilər. Kartof əvvəlcə bir tərəfdən yaxşıca qızarmalı, daha sonra çevrilməlidir.

Mütəxəssislər kartofu tez-tez qarışdırmamağı tövsiyə edirlər. Çünki bu zaman onun üzərində yaranan xırtıldayan qabıq zədələnə bilər.

Kartof orta-yüksək odda təxminən 30-35 dəqiqə ərzində qızardılır. Lakin bişmə müddəti kartofun ölçüsündən və əvvəlcədən nə qədər bişirilməsindən asılı olaraq dəyişə bilər.

Ördək yağı yeməyi həddindən artıq kalorili edirmi?

Ördək yağı yüksək kalorili məhsuldur. Onun 100 qramında təxminən 898 kilokalori və 33 qramdan çox doymuş yağ turşusu var.

Bununla belə, mütəxəssislər bildirirlər ki, dörd nəfərlik kartof qızartması hazırlamaq üçün bir-iki xörək qaşığı yağdan istifadə etmək kifayət edə bilər. Əsas şərt kartofların yaxşı qurudulması və kifayət qədər geniş tavada hazırlanmasıdır. Qeyd olunur ki, ördək yağından istifadə yeməyin dadını zənginləşdirsə də, doymuş yağların miqdarına diqqət yetirmək vacibdir.

Kartof niyə xırtıldayan alınmır?

Kulinariya mütəxəssisləri kartofun yumşaq alınmasının bir neçə əsas səbəbini açıqlayıblar. Bunlardan biri tavada həddindən artıq çox kartofun olmasıdır. Belə vəziyyətdə kartoflar qızarmaq əvəzinə öz buxarında bişir. Digər səbəb isə temperaturun kifayət qədər yüksək olmamasıdır.

Bundan əlavə, kartofun yaxşı qurudulmaması və yağın düzgün miqdarda istifadə edilməməsi də nəticəyə təsir göstərir. Mütəxəssislər hesab edirlər ki, bu sadə qaydalara əməl etməklə ev şəraitində də çölü qızılı və xırtıldayan, içi isə yumşaq kartof qızartması hazırlamaq mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://lent.az
archiveBu xəbər 13 Oktyabr 2026 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see423

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see304

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see300

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see293

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see284

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see274

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see261

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see257

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see241

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see233

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see225

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see206

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see197

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see195

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see191

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see188

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see185

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see173

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see170

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri