Icma.az
close
up
RU
Fransızlar Sebastyan Lekornunun yeni Baş nazir təyin edilməsindən narazıdır

Fransızlar Sebastyan Lekornunun yeni Baş nazir təyin edilməsindən narazıdır

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Paris, 14 sentyabr, AZƏRTAC

Fransada yeni təyin olunmuş Baş nazir Sebastyan Lekornu ictimai rəy sorğularına əsasən, vəzifəyə gələn ilk günlərində belə xalqın dəstəyini qazana bilməyib. İfop sorğu institutunun “Journal du dimanche” qəzeti üçün və İPSOS BVA-nın “La Tribune Dimanche” portalı üçün apardığı və sentyabrın 14-də dərc edilən iki müxtəlif sorğuya görə, fransızların əksəriyyəti Lekornunun təyin edilməsindən narazıdır.

AZƏRTAC xəbər verir ki, İPSOS/ BVA-nın aylıq sorğusuna əsasən, Sebastyan Lekornu cəmi 16 faiz müsbət rəyə sahibdir. Halbuki ondan əvvəlki Baş nazirlər daha yüksəkfaizli müsbət rəyə malik olublar.

Sorğuda iştirak edənlərin 44 faizi isə Lekornunu kifayət qədər tanımadıqları üçün rəy bildirməyiblər. S.Lekornu sentyabrın 10-da Prezident Emmanuel Makron tərəfindən yeni Baş nazir təyin edilib.

Eyni sorğular həm də Prezident Emmanuel Makronun nüfuzunda ciddi azalma olduğunu göstərir.

İPSOS/ BVA-nın məlumatına görə, Makronun müsbət qiymətləndirilməsi cəmi 17 faizə düşüb – bu, 2017-ci ildən bəri onun üçün ən aşağı göstəricidir. Xüsusilə də, onun öz elektoratı arasında 18 faiz azalma müşahidə olunub.

Ifop-un sorğusunda isə prezidentin fəaliyyətindən narazı olanların sayı 81 faizə çatıb. Bu da əvvəlki aya nisbətən 5 faiz artım deməkdir. Məmnun olanların nisbəti isə cəmi 19 faizdir.

Sorğu iştirakçılarının 60 faizi yeni hökumətin və prezidentin müxalifətlə razılaşma əldə edə bilməyəcəyinin və 2026-cı il büdcəsinin qəbulunun çətin olacağını düşünür. Bu isə Lekornu hökumətinin qarşıdakı aylarda çətin siyasi proseslərlə üz-üzə qalacağını göstərir.

Bu nəticələr fonunda, yeni Baş nazirin ictimaiyyət qarşısında imic formalaşdırması və prezident Makronun siyasi kursuna dəstək qazanması çox çətin görünür.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see220

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see212

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see210

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see208

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see202

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see185

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see185

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see182

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see175

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see172

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see168

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see166

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see158

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see147

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see145

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see144

Azərbaycana Sibir soyuğu gəlib: Çovğun var

04 Fevral 2026 13:41see140

Bakıda yeni metrostansiyalar tikiləcək Bu ərazilərdə...

03 Fevral 2026 05:14see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see137

“Avropa artıq ABŞ ın çətiri altında deyil!”

03 Fevral 2026 22:23see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri