Icma.az
close
up
RU
Fransızların təxminən üçdə ikisi cari məsələlərdə mediaya etibar etmir AZƏRTAC

Fransızların təxminən üçdə ikisi cari məsələlərdə mediaya etibar etmir AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 14 yanvar, AZƏRTAC

Fransa xalqının mediaya etibarına dair “La Croix”, “Verian” və “La Poste”nin apardığı yeni sorğuda iştirak edənlərin 76 faizi cari hadisələri böyük maraqla izlədiklərini desələr də, əksəriyyəti cari hadisələrlə bağlı məlumatlara inanmadıqlarını bildiriblər. Respondentlərin 70 faizi isə məlumat üçün əvvəlcə öz yaxınlarına güvəndiyini deyib.

AZƏRTAC xəbər verir ki, sorğuya əsasən, fransızların 62 faizi medianın əsas aktual məsələlərdə dediklərinə ehtiyatla yanaşmaq lazım olduğunu düşünür. Bu, 2023-cü ilin barometrindən beş bal çoxdur.

Respondentlər məlumat əldə etmək üçün öz yaxınlarına (70 faiz), televiziya xəbərlərinə (69 faiz), daha sonra regional mətbuata (63 faiz) güvəndiklərini deyiblər. Əksinə, ən çox şübhə doğuran mənbələr influenserlər (74 faiz etibar etmir), sosial şəbəkələr (64 faiz) və televiziyadakı xəbərlər və əyləncə proqramlarıdır (53 faiz).

Həmçinin 41 faiz fransız özünü getdikcə daha çox məlumat qarşısında narahat və ya gücsüz hiss etdiyini deyib. Sorğuda iştirak edənlərin 56 faizi dövlət xidmətlərindəki problemlərə dair mövzuların zəif işqılandırıldığını bildirib.

İqlim dəyişikliyi ilə üzləşən respondentlərin böyük əksəriyyəti (69 faiz) hesab edir ki, media həll yolları və ya səbəblər haqqında kifayət qədər danışmır. Respondentlərin 65 faizi hesab edir ki, iqlim dəyişikliyi ilə bağlı iqtisadi və sosial məsələlər kifayət qədər işıqlandırılmır. Sorğuda iştirak edənlərin böyük əksəriyyəti (75 faiz) hesab edir ki, müəyyən xəbərlərin mediada həddən artıq işıqlandırılması etibarsızlıq hissinə səbəb olur.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Yanvar 2025 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see688

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see233

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see192

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see182

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see179

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see171

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see158

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see157

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see154

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see143

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see142

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see140

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see138

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see137

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see134

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri