Icma.az
close
up
RU
Fredi Merkürinin dostunun həyat yoldaşından gizli övladı olub?

Fredi Merkürinin dostunun həyat yoldaşından gizli övladı olub?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Lesli-Enn Consun "Love, Freddie" adlı yeni kitabında "Queen” qrupunun solisti Fredi Merkürinin heç kimin bilmədiyi bir qızı olduğu iddia edilir.

Qaynarinfo bu barədə "The Times" qəzetinə istinadən xəbər verir.

Kitabda qeyd olunur ki, 1976-cı ildə Merküri yaxın dostunun həyat yoldaşı ilə münasibətdə olub və nəticədə "B” hərfi ilə tanıdılan uşaq dünyaya gəlib. Müəllif iddia edir ki, Merküri ata olacağını öyrəndikdən sonra gündəlik yazmağa başlayıb, ölümündən az əvvəl isə bu yazıları həmin şəxsə verib. "B”nin 48 yaşında, Avropada tibb işçisi olduğu, Merkürinin "yeganə övladı və varisi” kimi təqdim edildiyi bildirilir.

Lakin Merkürinin vətəndaş nikahında həyat yoldaşı Meri Ostin bu versiyanı inandırıcı saymır:

"Fredi inanılmaz dərəcədə açıq insan idi. Onun belə bir sevinc xəbərini məndən və yaxınlarından gizlədə biləcəyini təsəvvür etmirəm. Mən heç vaxt uşaqdan da, gündəliklərdən də xəbərdar olmamışam. Əgər onun qızı olsaydı, bu, bizim hamımıza, hətta valideynlərinə də böyük sevinc gətirərdi".

Ostin həmçinin vurğulayıb ki, iddia olunan ilk gündəlik yazısının tarixi - 20 iyun 1976-cı il - hələ onun Merküri ilə birlikdə yaşadığı dövrə təsadüf edir və həmin illərdə o, heç vaxt Fredi yazı yazarkən görməyib. O, Merkürinin ağır xəstəlik mərhələsində gündəlikləri 15 yaşlı "B”yə ötürməsi ehtimalını da şübhə altına alır.

Lesli-Enn Cons isə "B”nin gətirdiyi gündəlikləri Montredə gördüyünü iddia edir, lakin Ostinə yaxın mənbələr bu yazıların mövcudluğuna dair heç bir sübut təqdim edilmədiyini bildirirlər. Bundan başqa, kitabda "B”nin vasiyyət sənədində adının çəkilmədiyi, lakin "xüsusi hüquqi razılaşma” ilə pul aldığı iddia olunur. DNT testi barədə suallara müəllif yalnız "bütün lazımi yoxlamaların aparıldığını, lakin məlumatın şəxsi olduğunu” söyləyib.

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see290

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see217

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see169

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see158

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see155

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see155

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see149

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see149

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see148

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see146

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see145

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see141

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see141

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri