“Freestyle Chess”ın qalibi bəlli olub
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Vinsent Keymer Almaniyanın Vayssenhaus şəhərində Fişer şahmatı üzrə keçirilən "Freestyle Chess Grand Slam Tour 2025" turnirinin qalibi olub.
İdman.biz xəbər verir ki, finalda almaniyalı qrossmeyster Fabiano Karuananı (ABŞ) 1,5:0,5 hesabı ilə məğlub edib.
Üçüncü yer uğrunda görüşdə Maqnus Karlsen (Norveç) Javoxir Sindarova (Özbəkistan) 2:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, şahmat960 kimi tanınan Fişer şahmatı sürətlə populyarlıq qazanır və yeni "Freestyle Chess Grand Slam" turnir seriyası artıq şahmat dünyasını silkələyib. Almaniyada keçirilən yarış Maqnus Karlsenin iştirakı, yeni formatı və sanballı mükafat fondu, eləcə də Beynəlxalq Şahmat Federasiyası ilə davam edən münaqişə səbəbindən böyük ajiotaj yaradıb.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 15 Fevral 2025 10:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















