Icma.az
close
up
RU
Frette Life of Quality 2025 ci il payız qış kolleksiyasını təqdim edir

Frette Life of Quality 2025 ci il payız qış kolleksiyasını təqdim edir

Oxu.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Dünya tarixinə malik İtaliya brendi "Frette" mövsümü "Life of Quality" 2025-ci il payız-qış kolleksiyası ilə açır. Gözəl yaşamaq incəsənətinin zərif araşdırması olan bu kolleksiyada taktil hissiyyat və qavrama vurğulanır. Kolleksiya iki hissədə açılır: "City Sanctuary" və "Countryside Retreat". Onlardan hər biri evin ab-havasına dair öz nöqteyi-nəzərini təklif edir.

"City Sanctuary" Paris interyerlərindən ilhamlanıb: burada "yağışlı səma"nın yumşaq çaları, zərif fakturalı jakkard və kəşmiri parça vurğuları Parisdə xəfif bir səhər təəssüratı yaradır. Bu xətdə uzun lifli pambıqdan "Bold" yataq dəstləri, boz-mavi qammada ikitərəfli "Bold Bicolor", yundan dekorativ yastıqlar ("Luxury Wool Velvet" və "Adventure Cushion"), eləcə də xəfif kəşmiri sap unikal üsulu ilə hazırlanmış "Mouliné Blow Throw" adyalı təqdim olunub.

"Countryside Retreat" insanı təbii harmoniya və xoş ab-havanın hökm sürdüyü şəhərkənarı villa atmosferinə aparır. Kolleksiyanın palitrası zeytun yaşılı və bej kimi təbii çalarlar üzərində qurulub. Burada sakit rənglərdə "Bold" və "Bold Bicolor"u, "Adventure Cushion" və "Allure Neckroll" yastıqlarını, həmçinin ipək saçaqlı "Gipsy Throw" adyalını tapmaq olar. Tamamlayıcı ştrix olaraq, "Unito Bath Linens" - hər toxunuşda dərinin yumşaqlıq və rahatlıq hissiyyatına qərq olması üçün yaradılmış dəsmallar.

Kolleksiyanın hər bir predmeti ustaların gərgin əməyi nəticəsində ortaya çıxır: ən incə pambıq sapların seçimindən tutmuş kənarların tamamlanmasına qədər. Brendin ev üçün istifadə etdiyi parça və aksesuarlarda insan əlinin istisi və sənətə hörmət sezilir.

Avropanın 500-dən artıq kral ailəsi öz evlərinin bəzədilməsini "Frette"yə etibar edib. Brendin parçaları Vatikanın və əfsanəvi "Orient Express" qatarının interyerlərini bəzəyib. Hazırda "Frette"yə dünyanın 1500-dən çox hotelində rast gəlmək olar, belə ki, brendin yataq dəstləri və aksesuarları ən prestijli hotel və kurortların seçiminə çevrilib. Eyni keyfiyyət səviyyəsi ən tələbkar müştərilərin şəxsi malikanələri, yaxtaları və təyyarələrində də yüksək dəyərləndirilir.

İndi bu keyfiyyət səviyyəsi Azərbaycanda da əlçatandır. Müştərilər "Yves Delorme"nin Bakıda yerləşən butikindən ideal komplektləri seçə və evdəki rahatlığın bir hissəsinə çevrilən İtaliya keyfiyyətindən həzz ala bilərlər. Qonaqpərvərlik mədəniyyətinin ənənə sayıldığı bir ölkə üçün "Frette"nin gəlişi bu mədəniyyətin interyerdə də məntiqi davamına çevrilir. Hər bir kolleksiya evi rahatlıq və gözəlliyin gündəlik həyatın təbii bir hissəsi olduğu məkana çevirmək üçün fürsətdir.

"Life of Quality" 2025-ci il payız-qış kolleksiyasını Bakı şəhəri, 28 May küç., 26 ünvanında yerləşən "Yves Delorme" butikində əldə etmək mümkündür. Əlaqə nömrəsi: +994 (12) 493-13-34

"Frette" brendini Azərbaycanda onun rəsmi distribütoru - "Italdizain" şirkəti eksklüziv olaraq təmsil edir. "Frette" brendi və onun kolleksiyaları barədə daha çox məlumatı https://italdizain.az/ru/brands/frette veb-saytında tapa bilərsiniz.

"Italdizain" şirkəti haqqında

"Italdizain" şirkəti 1996-cı ildə təsis edilib. İlkin olaraq, Azərbaycanda mətbəx üçün keyfiyyətli İtaliya avadanlıqlarının distribütorluğunun həyata keçirilməsi üzrə ixtisaslaşıb. Daha sonra şirkət yeni istiqamətlər yaradaraq və onları aktiv şəkildə inkişaf etdirərək öz biznesini əhəmiyyətli dərəcədə genişləndirib. Bu gün "Italdizain" onlarla butiki özündə birləşdirən, zərgərlik məmulatları, saatlar, qab-qacaq, ev və interyer əşyalarının satışı üzrə ixtisaslaşmış böyük holdinqdir.

"Frette" şirkəti haqqında

164 ildir ki, "Frette" krallara layiq komfortu həyatın ən vacib anlarının parçasına toxuyur, beləcə, ev üçün misilsiz keyfiyyətdə tekstil məmulatları və aksesuarlarını ustalıqla hazırlayır. "Frette" İtaliya ənənələri və sənətinə söykənərək öz məmulatlarına zamanın fövqündə olan estetikanı ötürür ki, həmin vaxt ən yaxşı təbii liflər Montsa və Milandan olan ustaların əlində gözəllik, kreativlik və düşünülmüş fərdiliyi təcəssüm etdirən əsərlərə çevrilir.

İşi qüsursuz yerinə yetirməsi və xüsusi tərzi sayəsində "Frette" Müqəddəs Pyotr Bazilikasının qurbangahından tutmuş "Orient Express" qatarının restoran-vaqonuna qədər dünyanın ən bilinən interyerlərində öz yerini tutub. Avropanın 500-dən artıq kral ailəsi "Frette" yataq dəstlərində yuxuya gedib.

Brend bu gün də eleqant butiklərdə, məşhur univermaqlarda və dünyanın 1500-dən çox ən dəbdəbəli hotelində, eləcə də ən tələbkar müştərilərin şəxsi malikanələri, yaxtaları və təyyarələrində təqdim olunaraq, unikal təəssüratlar yaratmağa davam edir. "Frette" ustalıq ənənələrinə sadiq qalaraq və yeniliklərə daim can ataraq bütün dünyada ən müstəsna məkanların interyerlərini yaratmağa olan sədaqətini qorumaqdadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:96
embedMənbə:https://oxu.az
archiveBu xəbər 13 Oktyabr 2025 11:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri