Fridrix Merts: Artıq sülh şəraitində yaşamırıq, Almaniya hibrid müharibə hədəfidir
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Biz kütləvi təxribat halları, casusluq cəhdləri, məlumat şəbəkələrimizə qarşı hücumlarla üzləşirik. Bütün bunlar Almaniyaya qarşı hibrid müharibənin formalarıdır”.
XQ xəbər verir ki, bu barədə Almaniya Kansleri Fridrix Merts media nümayəndələrinin suallarını cavablandırarkən bəyan edib.
“Biz müharibə şəraitində yaşamırıq, lakin artıq sülh şəraitində də yaşamırıq”, – deyən hökumət başçısı bu təhdidlərin ciddi qəbul edilməsinin ilk növbədə mühüm siyasi vəzifə olduğunu vurğulayıb: “Bu, siyasətin cəmiyyət qarşısında yerinə yetirməli olduğu öhdəlikdir. Biz Almaniyadakı insanlara vəziyyəti niyə məhz belə qiymətləndirdiyimizi aydın şəkildə izah etməliyik”.
Avropanın geostrateji mərkəzində yerləşən Almaniyanın hibrid müharibənin birbaşa hədəfinə çevrildiyini bildirən F.Merts ölkəsinin müdafiə qabiliyyətinin sürətlə yenidən bərpa edilməsinin vacibliyini diqqətə çatdırıb: “Biz bir tərəfdən Rusiyanın növbəti təcavüzlərə hazırlıq gördüyünü açıq şəkildə müşahidə edirik. Bu hazırlıqlar Ukraynadan xeyli kənara uzanır. Onlar Baltikyanı ölkələri, Moldovanı və Avropanın digər hissələrini təhdid edir. Eyni zamanda, bir qədər əvvəl qeyd etdiyim üsullarla bizi də hədəf alırlar. Lakin biz müdafiə qabiliyyətimizi yenidən bərpa etmək istiqamətində sürətli və qətiyyətli addımlar atırıq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 15 İyul 2026 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















