Fridrix Merz baş nazir seçilə bilməyib Cəmi 9 səs çatmayıb
Mia.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Almaniyada Xristian Demokrat Birlik Partiyasının (CDU) lideri və parlament üzvü Fridrix Merz ilk turda Baş anzir postuna əyləşə bilməyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Bundestaqda keçirilən səsvermənin ilk turunda ona kifayət qədər səs verilməyib.
Məlumata görə, Julia Klöcknerin sədrliyi ilə parlamentdə keçirilən gizli səsvermədə Merz səsvermənin birinci turunda iştirak edən 621 parlament üzvündən 310-nun səsini toplayıb: "Səsvermədə ona 307 “xeyr” səsi verilib, 3 deputat bitərəf qalıb, 1 səs isə etibarsız hesab edilib. Beləliklə, o, Baş nazir seçilmək üçün lazım olan 316 səsi qazana bilməyib".
İkinci turun nə zaman keçiriləcəyi hələ açıqlanmayıb.
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 May 2025 13:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















