Icma.az
close
up
RU
“ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...”

“ “FSB” gəmisinin Bakıya yan alması Rusiyanın güc nümayiş etdirmək istəyidir...”

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

“Çünki son vaxtlar əsas geo-siyasi mübarizə və çəkişmələr Xəzər ətrafında cərəyan edir. Və Moskva bununla onu göstərmək istəyir ki, Xəzərdə dominantlıq onun əlindədir...”

Xəbər verildiyi kimi, 23–25 sentyabr tarixlərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə(FTX-“FSB”) məxsus “Rəsul Həmzətov” sərhəd-gözətçi gəmisi Bakıya səfər edəcək. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı məlumat verib.Onun sözlərinə görə, səfər proqramı çərçivəsində Rusiya və Azərbaycan sərhəd xidmətləri arasında bir sıra görüşlər keçiriləcək. Əsas müzakirə mövzusu Xəzər dənizinin akvatoriyasında ikitərəfli əməkdaşlıq məsələləri olacaq. Gəminin səfəri Bakı ilə Moskva arasında təhlükəsizlik və sərhəd əməkdaşlığının dərinləşdirilməsi istiqamətində atılan addım kimi qiymətləndirilir.

Bəs görəsən, Rusiya ilə münasibətlərin hazırkı gərgin görünən durumunda “FSB” gəmisinin Bakıya yan alması nədən xəbər verir?..

Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bunları söyləyib:

“ “FSB” gəmisinin indiki vaxtda Bakı sahillərinə gəlməsini izah etmək bir qədər çətindir. Çünki bu barədə müxtəlif versiyalar səslənir. Rusiya tərəfinin rəsmi məlumatında deyilir ki, guya bu, hansısa təhlükəsizlik əməliyyatlarıyla bağlıdır. Amma bunlar çox inandırıcı görünmür. Belə düşünürəm ki, “FSB” gəmisinin Bakıya yan alması Azərbaycanla Rusiya arasında bununla bağlı hansısa razılaşmadan asılı olmayaraq  Kremlin güc nümayiş etdirmək istəyidir. Azərbaycan tərəfinin buna razılıq verməsinin səbəblərini isə izah etmək çətindir. Lakin təkrar edirəm, bununla Rusiya güc nümayişi etdirməyə çalışır. Çünki son vaxtlar əsas geo-siyasi mübarizə və çəkişmələr Xəzər ətrafında cərəyan edir. Və Moskva bununla onu göstərmək istəyir ki, Xəzərdə dominantlıq onun əlindədir... 

Bildiyiniz kimi, son yarım il ərzində Xəzərdə Rusiya tərəfindən iki dəfə hərbi təlimlər keçirilib. Və həmin təlimlərdə də çox maraqlı taktiki vəzifələr irəli qoyulubdur. Səhv etmirəmsə, bir dəfə Rusiyanın özü tərəfindən keçirilib, bir dəfə də İranla birlikdə... Bunlar hamısı, o cümlədən “FSB” gəmisinin Azərbaycan paytaxtına tərəf gəlməsi də Xəzər ətrafında cərəyan edən hadisələrlə bağlıdır...”

Sultan Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:75
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Sentyabr 2025 20:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see178

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see137

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri