Icma.az
close
up
RU
FT: Fransa və Almaniya Aİ nin 150 milyard avroluq silahlanma planları üzərində TOQQUŞDULAR

FT: Fransa və Almaniya Aİ nin 150 milyard avroluq silahlanma planları üzərində TOQQUŞDULAR

Icma.az, Yenicag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Avropa İttifaqının (Aİ) müdafiə sənayesinə 150 milyard avro ayrılması ilə bağlı təklif Fransa və Almaniya arasında uzun müddətdir davam edən Avropanın yenidən silahlanması mübahisəsində yeni gərginliyə səbəb olub. Mübahisənin əsas mövzusu bu vəsaitin yalnız Aİ daxilindəki ölkələr üçün nəzərdə tutulması, yoxsa üçüncü ölkələri də əhatə etməsidir.

Yenicag.az xəbər verir ki, bu barədə “The Financial Times” nəşri məlumat yayıb.

Qəzet yazır ki, ötən həftə Avropa Komissiyası Aİ büdcəsi vasitəsilə üzv dövlətlərə silah alınması üçün kreditlərin ayrılmasını nəzərdə tutan yeni mexanizm təklif edib. Proqramın ümumi dəyəri 150 milyard avro təşkil edir. Siyasi baxımdan bu ideya dəstəklənsə də, onun detalları hələ dəqiqləşdirilir. Xüsusilə, bu vəsaitin Aİ xaricində istehsal edilən silahlara xərclənməsinin mümkün olub-olmaması ciddi müzakirə mövzusudur.

Cümə axşamı keçirilən Aİ sammitində Almaniya kansleri Olaf Şolts da daxil olmaqla bir neçə lider təşəbbüsün Aİ-yə daxil olmayan, lakin müttəfiq olan ölkələr üçün də açıq olması fikrini dəstəkləyib.

“Bizim üçün çox vacibdir ki, bu təşəbbüsdən Böyük Britaniya, Norveç, İsveçrə və Türkiyə kimi Aİ-yə üzv olmayan, lakin bir-biri ilə sıx əməkdaşlıq edən ölkələr də yararlana bilsin”, – deyə Şolts bildirib.

KİV əlavə edib ki, lakin Fransa prezidenti Emmanuel Makron Aİ-nin daxili müdafiə sənayesinin gücləndirilməsinin tərəfdarı olduğunu vurğulayıb və bildirib ki, xərclər yenidən Aİ xaricində istehsal edilən hazır məhsullara yönəlməməlidir. Makron Avropanın hava hücumundan müdafiə, uzaqmənzilli zərbələr, kəşfiyyat və hədəf təyin etmə kimi kritik imkanlarındakı boşluqları doldurmaq üçün “ən yaxşı avropalı biznes və müəssisələrin müəyyənləşdirilməsi” metodunun tətbiq edilməli olduğunu vurğulayıb.

Fransa lideri, həmçinin Aİ üzvü olan hər bir ölkəyə sifarişləri yenidən nəzərdən keçirmək və avropalı istehsalçıların prioritet sayılıb-sayıla bilməyəcəyini müəyyən etmək təklifinin ediləcəyini bildirib.

Brüsseldəki diplomatlar isə 150 milyard avroluq təşəbbüsün məhz bu mübahisələr səbəbindən bloklana biləcəyindən narahatdırlar. Daha əvvəl Fransa Aİ-nin müdafiə sənayesi üçün nəzərdə tutulmuş 1,5 milyard avroluq fonddan Aİ xaricində istehsal olunan komponentlərə ayrılan payın məhdudlaşdırılmasını və üçüncü ölkələrdən olan məhsulların intellektual mülkiyyət qoruması altında olmasının qadağan edilməsini tələb edərək, razılaşmanı uzun müddət gecikdirmişdi.

Avropa Komissiyasının yüksək rütbəli rəsmilərinə təklifin son 10 gün ərzində tam detalları ilə hazırlanması və onun Aİ-yə üzv dövlətlər tərəfindən bloklanmasının qarşısını almaq üçün Paris, Berlin və digər paytaxtlarla sıx əməkdaşlıq etmələri tapşırılıb.

Avropa Komissiyasının sədri Ursula fon der Lyayen isə bildirib ki, bu kreditlər hava və raket hücumundan müdafiə, artilleriya və pilotsuz uçuş aparatları daxil olmaqla yeddi əsas məqsədə yönəldiləcək. O, bu təşəbbüsün üzv ölkələrin tələbatlarını birləşdirməsinə, birgə alışlar etməsinə və Ukraynaya təcili hərbi avadanlıq tədarükünü təmin etməsinə kömək edəcəyini vurğulayıb.

Rafi Müslümov

www.yenicag.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 08 Mart 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see263

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see245

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see236

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see234

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see233

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see219

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see210

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see195

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see186

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see184

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see184

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see177

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see167

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see160

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see159

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see158

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see156

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri