Icma.az
close
up
RU
FT: “Transmilli şirkətlər ABŞ dən qaçır”

FT: “Transmilli şirkətlər ABŞ dən qaçır”

Icma.az, Azvision saytına istinadən bildirir.

AzVision.az xəbər verir ki, şirkət rəhbərlərinə və məsləhətçilərinə istinad edən “Financial Times” nəşri belə məlumat yayıb.
“Yüksək ixtisaslı işçilər üçün yeni viza qaydalarının xaotik şəkildə tətbiqi və Trampın siyasi rəqiblərinə qarşı hərəkətləri, əvvəllər “tariflərdə vaxtaşırı artımlar və endirimlər” lə bağlı narahatlığını ifadə edən direktorlar şuralarında yenidən həyəcan təbili çalıb”, - qəzet yazır.
Şirkət rəhbərləri həmçinin prezident sərəncamlarının qeyri-müəyyənliyinə də işarə edirlər ki, bu da ABŞ-da biznes qurmaq risklərini artırır. Bunun nəticəsi kimi bəzi Avropa şirkətləri artıq ABŞ iqtisadiyyatına sərmayəni azaltdıqlarını bəyan ediblər.
- Bu, sərmayəni bahalaşdırır. Şirkətlər qısamüddətli investisiyaları artırmağa və sərt minimum çərçivəsində fəaliyyət göstərməyə məcburdurlar ki, bu da son nəticədə ABŞ-də sərmayələrin azalmasına gətirib çıxarır”, - Avropanın transmilli şirkətlərindən birinin rəhbəri deyib.
Məsləhətçilərin iddiasına görə, ABŞ hakimiyyəti tərəfindən immiqrasiya siyasətinin sərtləşdirilməsi biznes-qurumları fors-major hallar üşün planları hazırlamağa məcbur edir və ABŞ-dən kənarda məşğulluğu daha cəlbedici varianta çevirir.
“McIndoe Risk Advisory” konsaltinq şirkətinin təsisçisi Bryus Makindounun fikrincə, Ağ Evin hazırkı administrasiyası faktiki olaraq anti-miqrant mövqeyi tutur. Bu səbəbdən də şirkətlər öz imkanlarını ölkədən kənarda genişləndirməyi daha çox düşünürlər.
“Sentyabrın 19-da hakimiyyət texnologiya şirkətləri tərəfindən xarici mühəndislərin və digər ixtisaslı mütəxəssislərin cəlbində fəal şəkildə istifadə edilən “H1-B” vizaları üçün 100 min ABŞ dolları məbləğində rüsumun tətbiq olunduğunu açıqladılar. ABŞ-dən kənardakı belə viza sahiblərinə rüsum ödəməmək üçün dərhal ölkəyə qayıtmaq əmri verildi”, - “FT” xatırladır.
Hərçənd, sonradan Donald Tramp administrasiyası rüsumun yalnız yeni müraciətlərə şamil olunacağını bildirdi.
“Vialto Partners” şirkətinin biznes və işçilərə viza dəstəyi üzrə ixtisaslaşmış hüquqşünası Loren Mallen bildirir ki, şirkətlər indi xərclərin qiymətləndirilməsinə diqqət yetirirlər – bu rüsumu ödəməyə dəyərmi, yoxsa həm qısa, həm də uzunmüddətli perspektivdə əsas kadrların xaricə köçürülməsi daha praktik addımdır?
Sahil İsgəndərov
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://azvision.az
archiveBu xəbər 29 Sentyabr 2025 11:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see392

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see384

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see367

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see353

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see247

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see245

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see238

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see238

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see226

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see222

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see222

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see214

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see207

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see194

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see191

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see179

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see172

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see171

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see163

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri