FTB Ağ Evdə kokain tapılması ilə bağlı təhqiqatı yenidən açacaq
Icma.az, Apa.az saytına istinadən bildirir.
ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) 2023-cü ilin iyul ayında Ağ Evdə kokain aşkarlanması ilə bağlı araşdırmanı bərpa edəcək.
APA xəbər verir ki, bu barədə FTB direktorunun müavini Den Bonqino “X” hesabında məlumat verib.
Onun sözlərinə görə, FTB-nin yeni direktoru Keş Patelin korrupsiya ilə bağlı işlərlə bağlı istintaqın yenidən açılması və ya əlavə resursların yönəldilməsi barədə qərar qəbul edib.
Bonqinonun sözlərinə görə, bu işlərə kustar üsulla hazırlanmış partlayıcı qurğular (2021-ci il yanvarın 6-da Vaşinqtonda iğtişaşlar baş verən gün ABŞ Konqresinin yaxınlığında tapılıb) və əvvəlki administrasiya dövründə Ağ Evdə kokain aşkarlanması işi daxildir.
ABŞ rəsmiləri və mediasına görə, narkotik vasitələr 2023-cü il iyulun 2-də Ağ Evin Qərb Qanadında işçilərin və ziyarətçilərin mobil telefonlarını saxladıqları şkafda aşkarlanıb. Qərb qanadında həmçinin Prezidentin Oval Ofisi yerləşir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 27 May 2025 04:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















