Icma.az
close
up
RU
Fuad Aslanov: Azərkosmos 10 ildə 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb

Fuad Aslanov: Azərkosmos 10 ildə 10 milyon dollarlıq biznes portfeli formalaşdırıb

Icma.az, Oxu.az saytına istinadən bildirir.

"2024-cü ildə - peykimizin buraxılmasından 10 il sonra - "Azərkosmos" 10 milyon dollarlıq biznes portfeli formalaşdırmağa nail olub. Bu, son on ilin ən böyük nailiyyətlərindən biridir".

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycan Kosmik Agentliyinin "Kosmosdan gələn imkanlar: Kosmik müşahidəmizin sosial-iqtisadi inkişafa töhfəsinin 10 ili" adlı tədbirində agentliyin idarə heyəti sədrinin müavini Fuad Aslanov deyib.

O bildirib ki, 2022-ci ildə yaradılan "Coğrafi İnformasiya Sistemləri Mərkəzi" vasitəsilə 100-dən çox kommersiya layihəsi icra olunub.

"Son 10 ildə biz yalnız coğrafi məlumatların toplanması ilə kifayətlənmədik, eyni zamanda rəqəmsal həllər üzərində də çalışdıq. Hazırda bir neçə rəqəmsal həllimiz istifadəyə tam hazır vəziyyətdədir. Onlardan bəziləri haqqında qısaca məlumat vermək istərdim.

Birinci, "FarmUp"dır. Adından da göründüyü kimi, kənd təsərrüfatında əkin sahələrinin müəyyənləşdirilməsi, məhsuldarlığın ölçülməsi və proqnozların verilməsi üçün mühüm bir platformadır. Gələcəkdə bu platformanın kənd təsərrüfatı təyinatlı torpaqların sığortalanması və daha səmərəli istifadəsinə böyük töhfə verəcəyinə inanırıq.

İkinci platforma "Plat­terra"dır, süni intellektə əsaslanır və bizə su hövzələrini, əkin və meşə sahələrini dəqiq müəyyənləşdirməyə, bu məlumatlar əsasında analiz və təhlillər aparmağa imkan yaradır.

Üçüncü, "WebGis" platforması həm coğrafi məkan məlumatlarının, həm də istifadəçilərin öz analiz və təhlillərinin əlavə olunması ilə optimal qərarların qəbuluna şərait yaradır. Hazırda bu platformaya böyük tələbat müşahidə edirik.

Son olaraq, İqlim Hesabatı sistemindən danışmaq istərdim. Bu da süni intellektə əsaslanan bir həldir və həm təbii, həm antropogen (insan fəaliyyəti ilə bağlı) təsirlər nəticəsində baş verən iqlim dəyişikliklərini müşahidə etməyə imkan verir. Bu sistem dövlət və beynəlxalq qurumlar üçün baş verən prosesləri daha dərindən anlamaq və onların köklü səbəblərini müəyyənləşdirmək baxımından böyük əhəmiyyət daşıyır.

Sonda vurğulamaq istərdim ki, peyk texnologiyaları təkcə məlumat, analitika və strateji qərarvermə üçün vasitə deyil. Bu, həm də yeni, çevik və innovativ əməkdaşlıqlara aparan bir yoldur. Biz bu yolda hər kəsi əməkdaşlığa dəvət edirik və inanırıq ki, birlikdə qarşıda duran bir çox problemi həll edə, yeni məhsullar və yanaşmalar təqdim edə biləcəyik".

Məhərrəm Əliyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 21 Oktyabr 2025 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see300

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see204

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see179

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see172

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see172

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see170

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see168

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see164

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see159

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see151

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see149

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see148

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see145

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see144

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see144

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see139

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see136

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri