Icma.az
close
up
RU
Fuad İbrahimov: Sakinlərin İçərişəhərdə qalması və yaşayışı təmin olunmalıdır

Fuad İbrahimov: Sakinlərin İçərişəhərdə qalması və yaşayışı təmin olunmalıdır

Icma.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.

“Tarixi məkanlar insanlarla gözəldir, Türkiyə və Tbilisi modeli örnək ola bilər”

İçərişəhərdə yeni muzeylərin yaradılması planlaşdırılır. Bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Rüfət Mahmud qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib. Onun sözlərinə görə, 2025-ci ildə 60-dan çox tədbir keçirilib, turistlərin sayında 5-10 faizlik artım qeydə alınıb. R.Mahmud İçərişəhərdə yeni muzeylərin yaradılmasının nəzərdə tutulduğunu da vurğulayıb. İçərişəhərdə panduslar quraşdırılıb, 12 evin dam örtüyü, 28 ünvanda mənzillər təmir olunub. R.Mahmud bildirib ki, İçərişəhərdə pandusların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. Sədr qeyd edib ki, hazırda İçərişəhərdə 3 500-ə yaxın sakin yaşayır və hamı İçərişəhərin yaşayış şəhəri olmağa davam etməsinə çalışmalıdır: “Dünyada bir çox belə şəhərlər var ki, belə ərazilər muzeyə çevrilir, amma insanlar yaşamır. Belə olmasını istəmirik”. İçərişəhərin 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi hədəflənir. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin aparat rəhbəri Yuliya Pasternak qurumun 2025-ci ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib ki, bu məqsəd İdarənin strateji inkişaf konsepsiyasında əsas hədəf kimi qeyd olunub: "Turizm sektorunda gəlir potensialının gücləndirilməsi, vahid tarif sistemi, dövlət-özəl tərəfdaşlığı, nağdsız dövriyyənin artırılması İdarənin iqtisadi inkişafı üçün müəyyən edilən hədəfləri sırasındadır. Eyni zamanda, İçərişəhərin büdcədənkənar gəlirlərini artıran və 2028-ci ilə qədər özünü maliyyələşdirən mədəni irs mərkəzinə çevrilməsi hədəflənir". Aparat rəhbəri əlavə edib ki, görülən tədbirlər nəticəsində turist axınının artımı, mədəni layihələrə investisiyaların artırılması gözlənilir. O bildirib ki, hazırda İçərişəhərdə "Ağıllı Qoruq" modelinə keçid lazımdır.

İqtisadçı Fuad İbrahimov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, İçərişəhər hazırda ölkəmizin ən əsas turizm məkanlarından biridir: 

- Tarixilik əcnəbiləri cəlb edir. İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu elan ediləndən orada çox işlər görülüb. Turistlərin marağını cəlb etmək, onların rahatlığının təmini əsas şərtdir. Bu baxımdan orada infrastrukturun təkimilləşməsi vacibdir. Hotellər, mehmanxanalar, qonaq evləri var, restoran-kafelər, xidmət sektoru fəaliyyət göstərir. Pandusların quraşdırılması da əsasdır. İçərişəhərdə piyadaların rahat hərəkəti təmin olunsun. Bunun üçün müəyyən işlər görülür. Lakin əsas məsələlərdən biri əhalinin orada yaşamasının təmin edilməsidir. İçərişəhəri cazibəli edən təkcə onun tarixi məkan olması deyil, həm də oranın yaşayış məskəni olmasıdır. Bu, məsələn, Türkiyədəki “Pəri bacaları” deyil ki, insansız sahə olsun. Tarixi məkanlar insanları ilə gözəldir və daha çox diqqət cəlb edir. 

İqtisadçı vurğuladı ki, sakinlərin yaşayışının davam etməsi üçün bəzi proqramlar işlənib hazırlana bilər: 

- Məsələn, yerli sakinlərə müəyyən maddi dəstək layihələri icra etmək olar, mənzillərindən gəlir əldə etmək üçün istifadə edə bilsinlər. Mənzillərin iaşə obyekti kimi fəaliyyət göstərməsi təmin edilə bilər. Qonşu Gürcüstanda Tbilisinin tarixi məhəllələrində yerli sakinlərə belə imkanlar yaradılıb. Güzəştli şərtlərlə maddi dəstək verməklə onları tarixi məhəllələrdə saxlayır, mənzillərini qonaq evi, kiçik yeməkxanaya çevirməklə turizm potensialının güclənməsinə kömək edirlər, özləri də qazanc əldə edir.  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://sherg.az
archiveBu xəbər 24 Dekabr 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see194

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri