Icma.az
close
up
RU
Fuad Muradov Barselona Azərbaycan Evini ziyarət edib FOTO

Fuad Muradov Barselona Azərbaycan Evini ziyarət edib FOTO

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İspaniyaya səfəri çərçivəsində Barselona Azərbaycan Evində olub.

Komitədən Bakıvaxtı.az-a bildirilib ki, burada o, Barselonada yaşayan azərbaycanlılarla, evin nəzdində fəaliyyət göstərən dərnəklərin müəllimləri və tələbələri ilə görüşüb.

Xatırladaq ki, bu gün dünyanın 18 ölkəsində 30 Azərbaycan Evi fəaliyyət göstərir. Diasporla İş üzrə Dövlət Komitəsi hər bir Azərbaycan Evini lazım olan vəsaitlərlə təmin edir.  

İspaniya Azərbaycanlıları Koordinasiya Şurasının Barselona üzrə koordinatoru, Barselonadakı Azərbaycanlılar Cəmiyyətinin sədri və Barselona Azərbaycan Evinin rəhbəri Kərim Kərimov evin fəaliyyəti barədə ətraflı məlumat verib, gələcək planlardan danışıb. Azərbaycan Evində bu vaxta qədər bir sıra intellektual yarışların, kino günlərinin, sərgilərin, milli mədəni irsimizi, zəngin tariximizi təbliğ edən tədbirlərin, açıq qapı günlərinin keçirildiyini bildirib.

İspaniyadakı türk icmasının üzvlərinin, cənubi azərbaycanlıların da Barselona Azərbaycan Evini ziyarət etdiyi, tədbirlərə qatıldıqları və fəallıq göstərdikləri vurğulanıb.

Komitə sədri İspaniyada yaşayan Azərbaycan icmasının təşkilatlanmasında, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin ölkəmizin mədəni irsinin tanıdılmasında Azərbaycan Evinin mühüm rol oynadığını qeyd edib, soydaşlarımıza gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar Prezident seçkilərində bir sıra ölkələrdə seçki məntəqələrinin təşkil edildiyi Azərbaycan Evlərindən biri də Barselona Azərbaycan Evi olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 11 Mart 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see329

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see328

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see324

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see319

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see304

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see302

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see287

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see287

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see280

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see279

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see278

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see273

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see263

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see261

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see261

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see249

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see248

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see245

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see228

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see222
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri