Icma.az
close
up
RU
Menu

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

57 yaşlı Cennifer Lopez belə formada qalır

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

Gündə 5 ədədi qanda şəkəri sala bilər

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

İçində partlayıcı olan deserti yeyən kişi öldü

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşadan qovdu Kulinardan SƏRT İTTİHAMLAR

Fuad Nağıyev Tahir Əmiraslanovu Şuşadan qovdu Kulinardan SƏRT İTTİHAMLAR

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Rusiyada yaşayan əslən azərbaycanlı, tanınmış kulinar Stalik Xankişiyev bir neçə gün əvvəl şiddətli töhmət verilən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə qarşı sərt ittihamlar səsləndirib.

Modern.az xəbər verir ki, bu barədə o, özünün feysbuk hesabında paylaşım edib.

O qeyd edib ki, Fuad Nağıyev Milli Kulinariya Mərkəzinin sabiq baş direktoru Tahir Əmiraslanovu Şuşada keçirilən festivaldan qovub:

“Bir neçə il əvvəl məni Bakıya dəvət etdilər və Qarabağda keçirilən ilk beynəlxalq kulinariya festivalının fəxri sədri olmağımı xahiş etdilər. Mən dünyanın müxtəlif yerlərindən məşhur aşpazları dəvət edərək, vəhşilər tərəfindən dağıdılmış Şuşaya gəldikdə, dostlarıma belə bayramların niyə məhz burada keçirilməsi lazım olduğunu izah etdim. Çünki biz bu yaralı, əzilmiş torpağa həyat verməli idik.

Festival haqqında bakılı aşpazlar da eşitdilər. Hansı ki, onlar müharibə zamanı öz arzuları ilə cəbhəyə getmiş, Azərbaycan əsgərlərini ləzzətli yeməklərlə doyurmuşdular. Hətta onlar ilk qəhrəmanlardan sonra Şuşaya daxil olub orada isti çörək bişirmişdilər. Onlar da festivalda iştirak etmək istəyirdilər. Ancaq birdən Turizm Agentliyindən deyirlər ki, “bunlar lazım deyil”.

Bu necə ola bilər?! Bəs kim lazımdır? Kimi dəvət etmək lazımdır, əgər bu vətənpərvərlər gəlməyəcəksə? Onlar ailələrini tərk edib, restoranlarını buraxıb, həyatları ilə risk ediblər, bir aşpaz da şəhid olub. Şəhidlik isə şərəfdir! Ona görə də mən zəng etməli, inandırmaq, mübahisə etməli oldum. Dövlət Turizm Agentliyinə ən yüksək səviyyədən deyildi ki, məhz bu aşpazları birinci növbədə dəvət etmək lazımdır. Əgər bu Turizm Agentliyinin tərəfindən edilən ilk və son alçaqlıq olsaydı…

Festivala mənim müəllimim, dostum və mənim üçün böyük rəhbər olan Tahir Əmiraslanov da gəldi. O, artıq uzun illər çalışdığı təvazökar vəzifəsindən məhrum edilmişdi və təqaüdə çıxmasına cəmi 4 ay qalmışdı.

Birdən mənim yanıma bəzi uşaqlar gəlib sakitcə dedilər: “Stalik müəllim, Tahir Əmiraslanovdan xahiş edin, getsin”.

“Bu necə ola bilər?!” soruşduqda isə “belə lazımdır, bu rəhbərliyin xahişidir” dedilər. Çünki həmin gün festivalda rəhbərlikdən Fuad Nağıyev var idi. Məhz o, Tahir müəllimi işdən çıxarmışdı. O adam ki, bütün ömrünü Azərbaycana xidmətə sərf etmişdi.

Mən Tahir müəllimin mənzilində də olmuşam, onun illərdir tamamlanmamış bağ evində də. Mən bilirəm və görürəm ki, bu zəhmətkeş insan necə təvazökar yaşayır. Əgər başqaları işdən bir şey oğurlayıb evə gətirirsə, Tahir müəllim evdən götürüb işə aparırdı. Onda belə adam necə işdən çıxarıldı? Yaxşı, bəlkə bu onun qərarı deyildi, bəlkə Fuad Nağıyev belə qərar verməyib? Mən bilmirəm. Amma Azərbaycanın baş aşpazı Tahir Əmiraslanovu kulinariya festivalından qovmaq… Bu, həddən artıq ağır bir hərəkət idi!

Mehmanxananın foyesində divanda Tahir müəllim oturmuşdu, yanında isə köhnə portfel. O, Bakıya qayıtmaq üçün avtobus gözləyirdi. Onun gözlərində kədər və incidilmişlik var idi. Bu zaman Fuad Nağıyev gəldi. Mən onu görüb müraciət etdim:

“Fuad, gəlin buraya oturun, danışaq! Niyə siz Tahir müəllimi bu festivaldan qovursunuz? Azərbaycan kulinariyası üçün bu insandan daha çox iş görmüş kim var? Bu festival o olmadan necə keçə bilər? O sizə şəxsən nə pislik edib?”

Cavabında isə o yayındı, gülümsədi, özünü çox zəif aparırdı və heç bir konkret cavab vermədi.

Bundan sonra yenə mənim yanıma gənc oğlanlar gəldi: “Tahir müəllim getsin, bazar ertəsi onu çağırıb işi ilə bağlı səhvi düzəldəcəklər”.

Mən inandım. Özüm Tahir müəllimin yanına yaxınlaşıb xahiş etdim: “Əgər bu, işinizə qayıtmaqla bağlıdırsa, belə daha yaxşı olar”.

Amma aldadıldım! Onu heç yerdə çağırmadılar, işdən çıxarılma isə onun təqaüdünə təsir etdi ki, bunu özünüz də başa düşürsünüz? Alçaqlığa baxın! Fuad Nağıyev sadəcə qorxurdu ki, bəlkə respublika rəhbərliyindən kimsə Tahir müəllimi görüb onun işdən çıxarılması haqqında danışar.

Alçaqlıqdan əlavə, mən həm də utanc hissi yaşadım. Dünyanın hər yerindən gələn qonaqları mehmanxanada yalnız səhər yeməyi ilə qidalandırırdılar. Hər stenddə gözəl Azərbaycan yeməkləri hazırlanırdı, amma qonaqlar yalnız onları iyləyirdilər. Mən öz cibimdən mehmanxananın restoranından qonaqlar üçün yemək sifariş edirdim, bəzən isə onlar özləri ödəyirdilər. Milli mətbəximizin bütün yeməklərini isə yalnız iyləyirdilər.

Festivalın son günündə nəhayət qonaqlar üçün bir növ süfrə açıldı. Turizm Agentliyinin bəzi işçiləri də iştirak edirdi, Fuad Nağıyev də gəldi. Qonaqlar onu “nazir” kimi qəbul edirdilər. Fuad viski butulkalarını özü ilə gətirərək, qonaqların qarşısında sərxoş olmaqdan başqa heç nəyi ağlına gətirmədi. Qonaqlar da içdilər, amma əgər özünü nazir adlandırırsansa, əgər sənə yüksək vəzifə həvalə ediblərsə, düşün ki, sən Azərbaycanın üzüsən! Yaxşı, bir az iç, amma insani görünüşünü itirmə, xahiş edirəm! Atalarımızın inancını, xalqımızın ənənələrini unutma!

Mən yenə utandım. Yaxşı ki, Azərbaycanın həqiqətən hörmətli nümayəndələri də orada idi və bu narahatlıq anını yumşaltdılar. Qonaqlar məmnun şəkildə yola düşdülər, Dominikandan olan bir oğlan hətta Azərbaycanla vidalaşarkən səmimi şəkildə ağladı.

Festivalın ən sonunda təşkilatçılardan biri mənim yanıma gəlib dedi: “Stalik müəllim, sizə böyük təşəkkürlər! Respublika rəhbərliyi bizə sizi maddi cəhətdən mükafatlandırmağımızı tapşırdı. Festivalda iştirakınız üçün hansı məbləği almaq istərdiniz?”

“Mən buraya pul üçün gəlməmişəm! Azərbaycan mənim əcdadlarımın vətənidir, mənim üçün tək doğma torpaqdır. Xahiş edirəm, bu söhbəti burada bitirək”, – söylədim.

“Xeyr, siz məni çox çətin vəziyyətə salırsınız. Bu ən yüksək səviyyədən gələn təklifdir! Biz sizə 10.000 dollar verə bilərikmi?”, – deyə o bildirdi.

Sizə and içirəm, mən həqiqətən də Şuşaya pul üçün getməmişdim. Bəli, on min dollar böyük məbləğdir. Amma şükürlər olsun ki, mənə nəsib olanla kifayətlənirəm. Digər tərəfdən, mükafatdan tamamilə imtina etmək (bu həqiqətən də mükafat idi, çünki hər şeyi etdikdən sonra verirdilər) də düzgün deyildi.

Bilirsinizmi, mən razılaşdım. Hətta Dubaya iki bilet də aldım. Fikirləşdim ki, belə gözlənilməz pul gəlibsə, gedib istirahət edək! Amma pul yarım il keçsə də, hesabıma daxil olmadı. Mənə deyirdilər ki, bu gün günortadan sonra hesabınızı yoxlayın, pul artıq orada olacaq! Amma xeyr, yox idi! Pul mənə heç vaxt çatmadı. Mən öyrəndim ki, gecikmə Turizm Agentliyində baş verir. Mənə hər şey aydın oldu ki, bu, aşpaz-qəhrəmanlar və Tahir Əmiraslanovla bağlı prinsipial mövqeyimə görə xəsis hesablaşma idi.

Nəhayət, Bakıya zəng edib bütün bu hekayəni danışdım və dedim ki, bu pulu qəbul etməyə razılaşmağım həqiqətən də səhv idi. Bəlkə də yaxşı oldu ki, bu pulu göndərmədilər! Amma mən istəməzdim ki, kimsə bu pulu sanki mənə göndərib, özü isə cibinə atsın. Bu pullar Qarabağın azadlığı uğrunda şəhid olanların ailələrinə, yaralılara, Azərbaycan torpağı uğrunda qanını tökənlərə lazımdır!

Uzun müddət düşündüm ki, baş verənlərdən yazmağa dəyərmi? Şübhəsiz ki, bəziləri fikirləşəcək ki, mən Fuad Nağıyevin indiki çətin vəziyyətindən istifadə edib hesablaşmaq istəyirəm. Amma Fuad bu vəziyyətə kiminsə iradəsi ilə deyil, öz əməlləri sayəsində düşüb. Mən sizə bu əməllərin yalnız kiçik bir hissəsindən danışdım ki, oxucularım və tanışlarım üçün aydın olsun ki, ədalət var. Belə davranmaq olmaz. Öz cibin və karyeran haqqında daha az düşünmək, ləyaqətli əməklə məşğul olmaq lazımdır, nəinki intriqalar və yaltaqlıqla… Azərbaycan Milli Aşpazlar Assosiasiyasının kollektivinin dağıdılması isə Tahir Əmiraslanovun bütün ömründə gördüyü işlərin hədər getməsidir. Mən bunu Fuad Nağıyevə bağışlaya bilmərəm. Sən nə yaratmısan ki, başqalarının yaratdığını dağıdırsan?!”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://modern.az
archiveBu xəbər 08 Mart 2025 22:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət İdarəçilik Akademiyasının tələbəsi binadan necə yıxılıb? təfərrüat (Video)

26 Noyabr 2026 22:31see321

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see321

57 yaşlı Cennifer Lopez belə formada qalır

26 Noyabr 2026 17:27see315

Haşimoto və hamiləlik: Bu xəstəlik ana olmağa mane olurmu? ARAŞDIRMA

26 Noyabr 2026 15:04see306

Azərbaycan və Aİ Orta Dəhlizin inkişafı ilə bağlı razılığa gəldi

26 Noyabr 2026 19:36see302

AZAL ın ötənilki qazancı açıqlandı 1,2 milyard manat!

26 Noyabr 2026 22:21see300

Azərbaycan vasitəsilə Şimal Cənub dəhlizi ilə yükdaşımalar 25 % artıb

26 Noyabr 2026 16:04see297

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see294

Azərbaycan Ermənistan dialoqunda yeni mərhələ: 6 komitə yaradılır

26 Noyabr 2026 19:50see290

ADU Çinin Sincan Maliyyə və İqtisad Universiteti ilə Anlaşma Memorandumu imzaladı FOTO

26 Noyabr 2026 17:46see287

Kəmalə Qaramollayeva Heydər Əliyev Sarayında möhtəşəm konsert proqramı ilə çıxış etdi FOTO

26 Noyabr 2026 21:06see262

İncəsənət məktəblərinə 199 yeni müəllim qəbul olunub

26 Noyabr 2026 18:16see261

Gündə 5 ədədi qanda şəkəri sala bilər

26 Noyabr 2026 20:41see259

Lavrov ABŞ ı Avropaya nümunə göstərdi: “Siyasi yetkinlik nümayiş etdirirlər” Video

26 Noyabr 2026 21:58see257

Göbələkdən düzəltdiyi qayıqla okeana çıxdı

26 Noyabr 2026 18:03see252

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see252

Bu şokolad apteklərdə reseptlə veriləcək YE, ARIQLA

26 Noyabr 2026 20:35see248

Şöhrətin zirvəsindən uçuruma: Hər şeyini itirən məşhurlar haqqında 7 film

26 Noyabr 2026 18:26see247

İçində partlayıcı olan deserti yeyən kişi öldü

26 Noyabr 2026 22:26see244

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri