Icma.az
close
up
RU
“Fuad Nəcəflinin dövründə Naxçıvanda duz da yoxa çıxdı” HƏBS OLUNMALIDIR

“Fuad Nəcəflinin dövründə Naxçıvanda duz da yoxa çıxdı” HƏBS OLUNMALIDIR

Icma.az bildirir, Yenisabah portalına istinadən.

“Şuşaya getmişdim. Qayıdanda eşitdim ki, Fuad Nəcəfli vəzifəsindən azad olunub. Bilsəydim, Şuşaya iki il bundan öncə gedərdim ki, ayağım düşərli olsun. O adam həmin vəzifəyə, Naxçıvana yad biri idi. Sanki kosmosdan gətirmişdilər. Onun Naxçıvana ancaq ziyanı dəyib”.

Bu sözləri “Yeni Sabah”a açıqlamasında əslən Naxçıvandan olan jurnalist Heydər Oğuz bildirib.

O söyləyib ki, qərarı alqışlayır və ümid edir ki, bu vəzifəyə yeni təyin edilən şəxs etimadı doğruldacaq:

“Mən Prezidentin bu addımını yüksək qiymətləndirirəm. Ümid edirəm ki, indi onun yerinə gələn adam eyni yolla getməyəcək. Təsəvvür edin, dövlət tərəfindən Naxçıvana ayrılan pulların hamısı geri qayıdırdı. Çünki bu adam həmin vəsaitləri mənimsəməyə çalışırdı”.

Heydər Oğuz onu da bildirib ki, Fuad Nəcəfli Naxçıvanda işə başladığı dövrdən bir sıra qanunsuz tenderlər keçirib, dövlət vəsaitlərini öz yaxınlarına ötürməyə çalışıb:

“Tenderlərin qaydalarına əməl edilmədiyi üçün paytaxtdan geri qaytarıldığı və ləğv olunduğu bildirilir. İlk mərhələdə Baş nazirlə əməkdaşlıq çərçivəsində keçirilən 22 tender bir həftə ərzində ləğv olunub. Özü də bunu etiraf etmişdi ki, həmin tenderlər düzgün keçirilmədiyi, qanunauyğun olmadığı üçün ləğv olunub”.

Onun sözlərinə görə, Naxçıvanda bir nəfər belə ondan razı deyildi:

“Naxçıvan öz duzu ilə məşhurlaşan bir bölgədir. Həmin şəxs vəzifədə olan vaxt duz da yoxa çıxdı.  Naxçıvanda iqtisadiyyatın bəzi sahələri Fuad Nəcəflinin dövründə ciddi şəkildə yox edilib. Bu isə bölgədə narazılıq yaradıb.

Fuad Nəcəflinin vəzifədən azad olunması ilə bağlı qərar doğru və vaxtında atılmış addımdır. Onu vəzifədən azad etməklə kifayətlənmək olmaz və Fuad Nəcəfli qanunsuz əməllərinə görə məhkəmə qarşısında cavab verməlidir”.

Qeyd edək ki, Fuad Nəcəfli 2022-ci il oktyabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə Prezidentin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi təyin edilmişdi. O, bu gün vəzifəsindən azad olunub.

Aytac Əliyeva


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:181
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 12 Noyabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see742

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see573

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see323

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see317

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see286

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see284

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see278

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see273

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see272

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see268

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see268

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see267

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see265

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see246

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see231

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see227

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see220

Ülviyyə Xəlilbəyli: İnsan özü yaşayarkən, keçmişinin yasını tutur (Foto)

27 Noyabr 2026 16:40see215

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see200

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri