Fuad Qəhrəmanlı DTX yə çağırıldı “Boz kardinal”ın işinə görə
Redaktor.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Hazırda həbsdə olan AXCP sədri Əli Kərimlinin müavini Fuad Qəhrəmanlı da xüsusilə ağır cinayətlərdə ittiham olunan Ramiz Mehdiyevin cinayət işi ilə bağlı ifadə verməyə çağırılıb.
Redaktor.az xəbər verir ki, F.Qəhrəmanlı bu barədə özü məlumat yayıb.
“Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İstintaq İdarəsindən zəng edib Ramiz Mehdiyevin işi ilə bağlı ifadə verməyə dəvət etdilər. Bildirdim ki, hazırda ölkədə yoxam və sualları telefonla cavablandırmağa hazıram”.
Qeyd edək ki, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər, dövlətə xəyanət kimi cinayətlərdə təqsirləndirilir. “Boz kardinal” hazırda ev dustaqlığında saxlanılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 12 Yanvar 2026 19:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















