Fuat Oktay: Ankara türklərin Fransada assimilyasiyasına qarşıdır
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ankara, 13 noyabr, AZƏRTAC
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Fransada yaşayan etnik türklərin assimilyasiyasının qəbuledilməz olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Parisdəki Türkiyə səfirliyində türk icmasının nümayəndələri ilə görüşdə F.Oktay qeyd edib: “Ankara assimilyasiyanı deyil, türklərin Fransa cəmiyyətinə inteqrasiyasını dəstəkləyir”.
O qeyd edib ki, 1974-cü ildə bu Avropa ölkəsində 70 min etnik türk yaşayırdısa, bu gün türk icmasının sayı 800 mini keçib ki, bu da 1965-ci ildə Ankara ilə Paris arasında imzalanmış əmək miqrasiyası üzrə sazişin nəticəsidir.
“Türkiyənin Fransa ilə münasibətləri dəyişkəndir. Əməkdaşlıq mərhələləri tənəzzül dövrləri ilə əvəz olunur. Ankaraya qarşı vaxtaşırı hücumlar səsləndirilir və bu, Senat və Milli Assambleyanın sənədlərində öz əksini tapır. Parlament üzvü xəbərdarlıq edib ki, əgər bu davam edərsə, Türkiyə parlamenti də Parisə geniş ictimaiyyət üçün başadüşülən cavablar verməyə başlayacaq.
Parlamentin komitə rəhbəri diaspor nümayəndələrini Fransada Türkiyənin maraqlarının təşviqinə fəal şəkildə töhfə verməyə çağırıb və müasir Avropada türklərin yalnız qulluqçu və ya işçi deyil, həm də işəgötürən olduğunu qeyd edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Baxış sayı:66
Bu xəbər 13 Noyabr 2025 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















