Fulhem Mançester Siti , Arsenal və Liverpul dan daha artığını bacardı REKORD
Icma.az, Fanat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İngiltərə Premyer Liqasında yeni rekord qeydə alınıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Squawka" məlumat yayıb.
Statistina portalının hesabatına görə, "Fulhem" bir mövsümdə əvəzetmədən oyuna qoşulan futbolçuların vurduğu qolların sayına görə çempionatın rekorduna imza atıb.
Marko Silvanın yetirmələri 37-ci turda “Brentford” üzərində 3:2 hesabı ilə qələbə qazanıblar ki, "Fulhem" 68 və 70-ci dəqiqələrdə sonradan meydana çıxan futbolçuların - Tom Keyrni və Harri Uilsonun sayəsində qələbəni təmin edib.
“Fulhem”in 17 oyunçusu bu mövsüm Premyer Liqada əvəzetmədən oyuna qoşulduqdan sonra fərqlənib. Bu, yeni çempionat rekordudur.
Bundan əvvəlki rekord 2009/10 mövsümündə "Arsenal", 2011/12 mövsümündə "Mançester Siti" və 2015/16 mövsümündə "Liverpul"a məxsus idi. Onların hər birində bu rəqəm 15-ə bərabər idi.
Premyer Liqada mövsümün başa çatmasına bir tur qalmış "Fulhem" 54 xalla turnir cədvəlinin onuncu pilləsində qərarlaşıb.
Mirağa


