Icma.az
close
up
RU
Fulya Öztürk təyyarə qəzası ilə bağlı vacib detalları açıqladı VİDEO

Fulya Öztürk təyyarə qəzası ilə bağlı vacib detalları açıqladı VİDEO

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Xəbər verdiyimiz kimi, Türkiyə Müdafiə Nazirliyinə məxsus “C-130” hərbi yük təyyarəsi Azərbaycan–Türkiyə marşrutu üzrə hərəkət edərkən Gürcüstanda qəzaya uğrayıb. Nazirliyin açıqlamasında axtarış-xilasetmə işlərinə Gürcüstan rəsmiləri ilə koordinasiyalı şəkildə başlanıldığı bildirilib.

Bakupost.az xəbər verir ki “CNN Türk”ün əməkdaşı Fulya Öztürk hadisə ilə bağlı detalları canlı yayımda təqdim edib.

“Təyyarə Azərbaycan hava məkanından havalandıqdan 1-1,5 saat sonra onunla əlaqə kəsilib. Təyyarə tam olaraq Azərbaycan hava məkanını tərk edərək Gürcüstan hava məkanına daxil olub və Tbilisiyə təxminən 100 km məsafədə təyyarə qəzaya uğrayıb. Hazırda hadisə yerində Gürcüstan rəsmiləri də fəaliyyət göstərir. Türkiyədən də heyətlər göndərilib. Təyyarənin qalıqları üzərində işlər başlanacaq.

Bu təyyarələr uzun illər Hərbi Hava Qüvvələri tərəfindən istifadə olunub, həm yük, həm də hərbi personalın daşınması üçün nəzərdə tutulub. Xüsusilə fövqəladə hallar və zəlzələ bölgələrində daşımalarda xüsusi rol oynayıb. “C-130” ABŞ istehsalıdır, qısa və torpaq platformalardan qalxıb enə bilir. Dayanıqlı və etibarlı olduğu üçün bir çox ölkələr tərəfindən istifadə olunur. Türkiyədə Hərbi Hava Qüvvələrinin inventarında uzun müddətdir var və əsas yerləşdiyi baza Kayseri 12-ci Hava Nəqliyyat Üst Komandanlığıdır. Təyyarənin istiqaməti də təxminən Kayseri bazasına doğru idi".

Fulya Öztürk bildirib ki, təyyarə 13:00-dan sonra havaya qalxıb və 1,5 saat sonra əlaqə kəsilib. Qəzaya səbəb olan dəqiq amillər hələ məlum deyil. Texniki nasazlıq, pilot xətası və ya hava şəraiti ilə bağlı suallar araşdırılır. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri davam edir və rəsmi açıqlama gözlənilir.

“CNN Türk”ün məlumatına görə, hadisə zamanı təyyarənin göyərtəsində 10 nəfərlik heyət olub, sərnişin sayı isə tam tutumdan az olub. Hazırda araşdırmalar davam edir.

Cavid, BakuPost



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:49
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Noyabr 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see195

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see162

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see150

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see150

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see150

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see134

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see132

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri