Futbol əfsanəsi Buskets azarkeşlərlə vidalaşır: Dünya çempionu karyerasını bitirir
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dünya və Avropa çempionu, İspaniya millisinin sabiq üzvü Serxio Buskets mövsümün sonunda peşəkar karyerasını başa vuracağını açıqlayıb.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu bu barədə şəxsi "Instagram" səhifəsində paylaşım edib.
"Peşəkar futbolçu karyeramla vidalaşmaq vaxtının gəldiyini hiss edirəm. Təxminən 20 ilə yaxındır ki, həmişə arzuladığım bu inanılmaz səyahətdən həzz alıram. Bu, meydandakı son aylarım olacaq. Karyeramı xoşbəxt, qürurlu, məmnun və hər şeydən əvvəl minnətdar olaraq başa vururam", - deyə Buskets bildirib.
Futbol əfsanəsi Buskets azarkeşlərlə vidalaşır: Dünya çempionu karyerasını bitirir
37 yaşlı yarımmüdafiəçi 2006-2023-cü illərdə "Barselona"nın heyətində çıxış edib. Kataloniya klubu ilə o, doqquz dəfə İspaniya çempionu, yeddi dəfə ölkə kuboku və superkubokunun qalibi olub. Bundan başqa, üç dəfə Çempionlar Liqasını, üç dəfə UEFA Superkubokunu və üç dəfə klublararası dünya çempionatını qazanıb.
2023-cü ildə Buskets ABŞ-nin "İnter Mayami" klubuna keçib və burada Liqa Kubokunun qalibi olub, həmçinin MLS-in müntəzəm çempionatını qazanıb.
İspaniya millisinin tərkibində Buskets 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionu adını qazanıb. Bundan əlavə, Avropa çempionatının bürünc, Millətlər Liqasının gümüş, Konfederasiyalar Kubokunun isə gümüş və bürünc medallarını əldə edib.


