Icma.az
close
up
RU
Futbol Federasiyasının prezidenti həbs olundu

Futbol Federasiyasının prezidenti həbs olundu

Icma.az bildirir, sport24.az-ə istinadən Futbol Federasiyasının prezidenti həbs olundu.

Peru Futbol Federasiyasının prezidenti Aqustin Lozano cinayətkar qruplaşma və korrupsiyaya görə həbs edilib. Sport24.az "Infobae" qəzetinə istinadən xəbər verir ki, o, Peru klublarının borclarını bağışlayan, müxtəlif qurumlara kreditlər verən "Los Galacticos" qrupunun lideri olub.

Federasiya rəhbəri həmçinin "çirkli pullar"ın yuyulması və korrupsiyada ittiham olunur. Lozanonu 20 ilə qədər həbs gözləyir.

Qeyd edək ki, Peru millisini bu ay 2026-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində iki oyun gözləyir. Komanda noyabrın 16-da Çili, 4 gün sonra isə Argentina ilə qarşılaşacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az-ı izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:31
embedMənbə:https://sport24.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri