“Futbol məşqçilərinin peşəkar inkişaf proqramı” başa çatdı
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
“Qarabağ” Futbol Klubu və Azərbaycan İdman Akademiyası (ASA) əməkdaşlığı çərçivəsində həyata keçirilən “Futbol məşqçilərinin peşəkar inkişaf proqramı”nın yekunlarına həsr olunmuş sertifikat təqdimetmə mərasimi keçirilib.
Sportal.az xəbər verir ki, tədbirdə “Qarabağ” FK-nın baş direktoru Emrah Çelikel və Azərbaycan İdman Akademiyasının rektoru Fuad Hacıyev çıxış ediblər.
Daha sonra ASA-nın Tədris işləri üzrə prorektoru Ülkər Babayeva tərəfindən təlim proqramı haqqında təqdimat edilib, Ömürboyu təhsil şöbəsinin müdiri Lalə Məmmədova isə proqramın nəticələri barədə hesabatla çıxış edib. Tədbir çərçivəsində proqramın fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sonda proqramı uğurla başa vurmuş futbol məşqçilərinə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, proqram “Qarabağ” FK Akademiyası ilə Azərbaycan İdman Akademiyası arasında əməkdaşlığın və futbol məşqçilərinin peşəkar inkişafına yönəlmiş fəaliyyətin tərkib hissəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 19 Oktyabr 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















