“Futbol Press” 16 il
Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
2008-ci ilin bu günündə ilk nömrəsi çapdan çıxan “Futbol-Press” qəzeti 2009-cu ilin bu günündə elektron KİV formatına keçid etmişdi.
16 ildir ki, enişli-yoxuşlu yollarda sizinlə birgəyik. Bu illər sıralarımızda ilk addımlarını atıb pöhrələnən onlarla addımdaşımız indi müxtəlif sahələrdə addımlayır.
16 ildir ki, “FutbolPress.az” öləziyən mətbuat ənənələrinə sadiqliyi prioritet saymaqla fəaliyyətdədir. Bizimlə birgə addımlayan hər bir üzvümüz sürətimizi artırdı, eyni zamanda bizə kömək edən, dəstək verən dostları da unutmadıq; bu illərdə sizin də payınız var.
Əziz oxucular, zamanla qarşılaşdığımız çətinliklərdə sizdən gələn mənəvi dəstək əsas stimulumuz oldu. “Bir igidin ömrü” boyda yaşamağımız və böyüməyimiz sizdən aldığımız mənəvi rifah sayəsində mümkün oldu.
Hələ gediləcək uzun yollarda dostunuz “FutbolPress”lə birgə addımlamağı unutmayın. Sizə vicdanlı bələdçi olmaq şərəfdir.
Yaşasın doğru xəbər!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 05 İyun 2026 18:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















