Futbol üzrə Dünya Çempionatının qrup mərhələsinin oyunları başa çatıb
Oxumeni.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Futbol üzrə Dünyü Çempionatı çərçivəsində növbəti oyunlar keçirilib.
K qrupunda Portuqaliya üçüncü turda ABŞ-ın Mayami şəhərindəki Hard Rock Stadionunda Kolumbiya ilə qarşılaşıb. Oyunda qapılara top vurulmayıb. Bununla da Kolumbiya qrupda 7 xalla biirnci,Portuqaliya 5 xalla ikinci, Konqo Demokratik Respublikası 4 xalla üçüncü yeri tutub.
Kolumbiya 1/32 finalda Qana, Portuqaliya isə Xorvatiya ilə qarşılaşacaq.
K qrupunda Özbəkistan millisi üçüncü turda ABŞ-ın Atlanta şəhərində, Mercedes-Benz Stadionunda Konqo Demokratik Respublikası ilə qarşılaşıb. Oyunun 10-cu dəqiqəsində Eldor Şomurodov hesabı açıb.Afrikalılar ikinci hissənin ortalarında Yohann Vissanın dəqiq penalti zərbəsi sayəsində hesabı bərabərləşdirdilər. 78-ci dəqiqədə Fiston Mayele Konqo Demokratik Respublikasını hesabda irəli çıxarıb. O oyunun sonlarında daha bir qol vuraraq komandasına 3-1 hesabı ilə qələbə qazandırıb.
Konqo Demokratik Respublikası 4 xal qazanaraq qrupda üçüncü yeri tutaraq pley-off mərhələsinə yüksəlib.
L qrupunda Filadelfiyada keçirilən oyunda Xorvatiya və Qana üz-üzə gəldilər. Oyunda hesabı 31-ci dəqiqədə xorvatların oyunçusu Petar Suçiç açıb. Qanalı Derek Lukassen 73-cü dəqiqədə hesabı bərabərləşdirdi. Bundan on dəqiqə sonra Nikola Vlaşiç ikinci topu rəqib komandasının qapısından keçirərək komandasına 2-1 hesabı ilə qələbə qazandırıb.
Xorvatiya L qrupunda altı xalla ikinci yeri tutaraq 1/32 finala yüksəlib. Qana isə dörd xalla üçüncü yeri tutdu.
Qana 1/32 finalda Kolumbiya, Xorvatiya isə Portuqaliya ilə qarşılaşacaq.
L qrupunda Futbol üzrə Dünya Çempionatının üçüncü turunda ABŞ-ın Şərqi Rezerford şəhərində, MetLife Stadionunda Panama və İngiltərə üz-üzə gəldi. Oyunun 62-ci dəqiqəsində ingiltərəli Jude Bellingham hesabı açıb. Beş dəqiqə sonra Harri Keyn ikinci topu panma millisinin qapısından keçirərək komandasına 2-0 hesabı ilə qələbə qazandırıb. İngiltərə 2-0 hesabı ilə qalib gəldi.
İngiltərə L qrupunda yeddi xalla birinci yeri tutaraq pley-offa yüksəlib.
J qrupunda İordaniya – Argentina ilə qarşılaşıb. Oyunda hesab 19-cu dəqiqədə açılıb. Argentina millisinin oyunçusu Lo Çelso dəqiq zərbə ilə rəqib torunu silkələyərək komandasını hesabda irəli çıxarıb. Oyunun 31-ci dəqiqəsində İordaniyanın qapısına təyin edilən penaltini dəqiq yerinə yetirən Lauturo Martines ikinci topu iordaniyalıların qapısından keçirib.
İkinci hissənin 55-ci dəqiqəsində iordaniyalı Əl Tamarı əla zərbə ilə rəqib torunu silkələyərək hesab arasındakı fərqi azaldıb. Oyunun 80-ci dəqiqəsində Messi üçüncü topu rəqib qapısından keçirərək hesab arasındakı fərqi yenidən iki topa çatdırıb. Oyun bu hesabla da başa çatıb.
Argentina J qrupunda doqquz xalla birinci yeri tutub. Onlar iyulun 4-də Kabo-Verde ilə qarşılaşacaqlar.
Bu qrupdaƏlcəzair – Avstriya ilə görüşüb. Oyunda hesabı 28-ci dəqiqədə avstriyalı Арнаутович açıb. Birinci hissənin sonunda 45-ci dəqiqədə əlcəzairli Belqali hesabı bərabərləşdirib. Birinci hissə bu hesabla da başa çatıb. İkinci hissənin 55-ci dəqiqəsində Zabitser ikinci topu rəqib qapısından keçirərək Avstriyanı hesabda irəli çıxarıb. Oyunun 60-cı dəqiqəsində isə əlcəzairli Marez yenidən hesabı bərabərləşdirib: 2-2
Marez oyunun 93-cü dəqiqəsində üçüncü topu rəqib komandasının qapısından keçirərək komandasını hesabda irəli çıxarıb. Bununla belə oyuna əlavə edilmiş vaxtın 6-ci dəqiqəsində avstriyalı Kalaycik hesabı bərabərləşdirib: 3-3. Oyun bu hesabla da başa çatıb.
Avstriya bu nəticə ilə J qrupunda i dörd xalla ikinci yeri tutaraq pley-off mərhələsinə vəsiqə qazandı. Argentina (9) birinci, Əlcəzair də eyni xalla (4) üçüncü yeri tutaraq pley-offa vəsiqəni təmin edib.
Əziz MUSTAFA
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 28 İyun 2026 10:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















