Icma.az
close
up
RU
Futbol xəstəsi olmaq axmaqlıqdır Fazil Mustafadan fanatizm barədə şərh

Futbol xəstəsi olmaq axmaqlıqdır Fazil Mustafadan fanatizm barədə şərh

Gununsesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Futbol oynamaq sağlamlıq üçün yaxşı bir vərdişdir. Futbola baxıb zövq almaq da eləcə. Futbol xəstəsi olmaq isə sadəcə axmaqlıqdır.

Dindar olmaq  düzənli və məsuliyyətli ömür yaşamaq deməkdir.

İbadət minimumların yerinə yetirmək də insanın düşüncə imkanlarını daraltmadıqca faydalıdır. Din xəstəsi olmaq, hələ-hələ məzhəb xəstəsi olmaq sadəcə vəhşilikdir.

Demokratiyadan yana olmaq insanın qanunlara və çevrədəki insanlara sayğılı davranmasını ehtiva edir. Demokratik yaşam tərzini təbliğ etmək vacib prinsipial davranışdır. Demokratiya xəstəliyinə yoluxmaq isə reallığın iyini və tamını itirməklə müşahidə olunan əbləhlik deməkdir.

Nəyinsə, kiminsə fanatı, xəstəsi olmayın! Öz faydalı makismumlarını və faydalı minimumlarını anlayan insan olun, yetər!  O halda baxışınızla, duruşunuzla, danışığınızla, davranışınızla çevrəni kirlətməyəcəksiniz, fərqli ideologiyaların nökərinə çevrilmiş adam olmayacaqsınız.

Bunu nədən yazdım? Sadəcə bir cümlə vadar etdi. Ağılla əldə etdikləri yeni texnoloji üstünlüklə evin axırıncı adamına qədər o dünyaya göndəriblər, adam torpağı üstündən çırpıb yenə də deyir ki, onlar bizim tariximizi hələ yaxşı bilmirlər! Zavallı məxluq, onların nəyinə lazım sənin 5 min il, üstəgəl onun içindəki 1400 illik qapqaranlıq tarixin? Kitab deyirsən son kitabı da sən almısan, Peyğəmbər deyirsən, son Peyğəmbəri də sən almısan. Heç olmazsa Allahın yaratdığı dünyanın son ağlını da almağa çalış! Mehdinin gəlib-gəlməyəcəyini bir lotereya kimi oynamaqdan həzz almağa davam etmək istəyirsən, o halda yenə də dünyanın zibilliyində başını girələməyə davam edərsən. Əgər o tarix sənin indini bu cür biçib-düzəldibsə, basdır o qaranlıq tarixi, yox et, çağdaş dünyanın çağırışlarına qulaq verib yenidən insan olma fürsətini dəyərləndir!

Məhəmməd İqbal buna “insanın və imanın yenidən inşası” deyərdi. Bir qlobal zalım başqa bir lokal zalıma öz “mərifətini” göstərəndə, onlar arasında fərqi müəyyənləşdirmək olmur. Yenidən inşa layihəsini gerçəkləşdirməsəniz qlobal zalım lokal zalıma bundan sonra da əxlaq öyrətməyə davam edəcəkdir!

Fazil Mustafa

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 19 Mart 2026 18:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see582

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see473

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see458

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see320

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see308

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see301

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see299

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see296

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see288

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see282

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see260

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see258

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see254

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see251

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see250

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see250

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see248

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see246

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see244

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see243
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri