Icma.az
close
up
RU
Futbola 4 yeni qayda gəlir

Futbola 4 yeni qayda gəlir

Yeniavaz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.


Martın 1-də Şotlandiyanın Qlazqo şəhərində Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (‎FİFA) və Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) görüşü olacaq.
Yeniavaz.com
“Sport.es” portalına istinadla xəbər verir ki, futbolun iki idarəedici orqanı 2025-ci ilin iyulundan tətbiq oluna biləcək yeni qaydalar haqqında danışacaq.
Görüşdə ofsayd qaydası, hakimlər və VAR arasında əlaqə, “Challenger” sisteminin yaradılması və effektiv oyun vaxtının tətbiq edilməsi müzakirə ediləcək.
Müzakirə ediləcək əsas qaydalardan biri ofsayd qaydaları ilə bağlı “Venger qanunu” olacaq.
Belə ki, bu qanunu 2021-ci ildə hücum futbolunu təşviq etmək və hücumçuya fayda vermək məqsədi ilə fransalı baş məşqçi Arsen Venger təklif edib. Yeni təklifə görə, indikindən fərqli olaraq, oyunçunun bütün bədəni sonuncu müdafiəçinin xəttindən tamamilə kənara çıxdığı təqdirdə ofsaydda olacaq. Bu yeni qanunla Venger həmçinin, hakimlərin və VAR-ların işini asanlaşdırmağı nəzərdə tutur.
Digər müzakirə ediləcək məsələ arbitraj qərarlarının elan edilməsi ilə bağlıdır. Belə ki, bu qaydaya görə, hakimlər öz qərarlarını qəbul etmələrinin səbəblərini canlı yayımlamaq imkanı əldə edcəklər. FİFA Hakimlər Komissiyasının prezidenti Pierluici Kollinanın sözlərinə görə, bu təşəbbüs VAR müdaxiləsindən sonra hakimin verdiyi qərarın futbolda bütün maraqlı tərəflər üçün daha aydın olmasını təmin edəcək. Xüsusilə də, stadionda və ya televizor qarşısında olan tamaşaçılar üçün.
Basketbolda olduğu kimi “Challenger sistemi”nin tətbiqi isə FİFA və IFAB arasında başqa bir müzakirə mövzusu olacaq. Bu yeni qaydanın tətbiqi ilə futbolda VAR-ın iş sistemi köklü şəkildə dəyişəcək və VAR məşqçilərin də istifadə edə biləcəyi bir vasitə olacaq. “Challenger sistemi”nin tətbiqi hakim müdaxilələrinin sayını azalmasına və oyunun sürətlənməsinə səbəb olacaq.
Nəhayət, effektiv oyun vaxtını artırmaq və vaxt itkisinin qarşısını almaq üçün dayandırılmış vaxtın tətbiqi müzakirə olunacaq. Bu qaydaya görə basketbolda olduğu kimi saniyəölçən tətbiq ediləcək və top hər dəfə oyundan çıxanda saniyəölçən dayanacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 26 Fevral 2025 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see305

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see289

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see274

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see272

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see245

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see234

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see231

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see216

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see216

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see213

HƏLƏ İNDİYƏ QƏDƏR BELƏ SEVİNMƏMİŞDİLƏR

16 Oktyabr 2026 09:09see211

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see209

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see207

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see203

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see198

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see195

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see187

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see184

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see183

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri