Futbolçu top dəyən qağayını həyata qaytardı
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə futbolçulardan biri oyun zamanı top dəyən qağayıya ürək masajı edib.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə bazar günü İstanbulda həvəskarlar liqasının "Mevlanakapı Güzelhisar" - "İstanbul Yurdum Spor" matçının zamanı baş verib.
Oyunun 22-ci dəqiqəsində qonaqların qapıçısı Muhammet Uyanık topu uzaqlaşdırarkən "mərmi" qağayıya dəyib. Quş zərbədən meydana düşüb.
Bu zaman Muhammetin komanda yoldaşı, kapitan Gani Çatan quşa 2 dəqiqə ürək masajı edib. Daha sonra özünə gələn qağayını həkim personalına təhvil verib. Veterinar klinikalardan birinə göndərilən quşun qanadlarının sındığı məlum olub. Hazırda orada müalicə olunur.
Yeri gəlmişkən, oyun meydan sahiblərinin qələbəsi ilə başa çatsa da, qonaqlar bundan üzülməyiblər. Çünki daha vacib iş gördüklərini düşünürlər.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 24 Fevral 2026 01:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















