Futbolçu uşağa qulluq məzuniyyəti götürmək istəyir İLK DƏFƏ OLACAQ
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
"Leqanes"in futbolçusu uşağına baxmaq üçün məzuniyyət götürmək niyyətindədir.
İdman.biz xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Xuan Kruz Dias yaxın günlərdə ata olacağı üçün komandanın təlim-məşq toplanışını tərk edib.
"Marca"nın məlumatına görə, argentinalı futbolçu uşaq qayğısı ilə bağlı rəsmi məzuniyyət üçün kluba müraciət etməyi ciddi şəkildə nəzərdən keçirir. Bu, İspaniya peşəkar futbolu tarixində ilk belə hadisə olacaq.
Bu arada, "Rayo Valyekano" Diasa maraq göstərir. Madrid klubu onu prioritet hədəfi hesab edir və bu səbəbdən digər transfer işlərini dayandırıb.
Dias özü də ötən mövsüm nəticəsində Sequndaya düşən "Leqanes"dən ayrılmaq niyyətindədir. Lakin klub futbolçuya ümid bəsləyir və onun getməsini istəmir.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 20 Avqust 2025 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















