Icma.az
close
up
RU
“Futbolçular maaşa oynamır, qələbəyə görə 10 20 manat mükafat alırlar”

“Futbolçular maaşa oynamır, qələbəyə görə 10 20 manat mükafat alırlar”

futbolpress-az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Region Liqasında mübarizə aparan “Ağstafa Gəncləri” komandası 1/8 finala yüksəlib. Komanda burda “Şirvanovka” (Qusar) səddini aşmağa çalışacaq.

“Ağstafa Gəncləri” komandasının baş məşqçisi Şahin Kərimov “Futbolpress.az”ə açıqlamasında oyunlarını dəyərləndirdi:

“Çempionat yolu ilə 1/8 finala vəsiqəni təmin etmişdik. Sadəcə formata görə, birinci yeri bitirən komanda pley-off oyununu öz meydanında keçirir. İkinci yeri tutan isə səfərdə olur. İki ildir, qarşımıza hədəf qoymamışdıq. Ötən mövsüm 40 komanda arasında 1/4 finala qədər irəliləmişdik və sonra “Haypers”ə uduzduq. Builki nəticə də bizim üçün uğurdur. Çünki nə sponsor var, nə də normal meydançamız. Hansı mərhələyə qədər getsək, uğur sayacağıq.

Çempionatın sonuncu oyununda üzərimizdə böyük təzyiq var idi. Sona kimi lider gəlib, sonda mövqeyi əldən vermək üzücü olardı. Digər tərəfdən də rəqib təzyiq göstərirdi. Rəqiblərə mesaj verdim ki, biz meydana yalnız qələbə üçün çıxacağıq və kiməsə nəsə xoş olsun deyə, nəsə etmərik. İdman prinsiplərini qorudur və istədiyimiz xalları qazandıq. Futbolu azarkeşlərimiz üçün oynayırıq. Qələbə onları daha çox meydançaya gətirir. Futbol çirkabında biz yoxuq”.

Kərimov komandasının çempionluq şanslarından danışdı:

“Çempionluq üçün oynadığımızı deyə bilmərəm. Komandada ancaq Ağstafa futbolunun yetirmələri var. Klubumuz uzun illərdir, Premyer Liqada yoxdur. Heyətimiz zəhmətkeş, mehriban futbolçular var üzərində qurulub. Futbolçular maaşa oynamır, qələbəyə görə 10-20 manat mükafat alırlar. Futbolçular eyni zamanda başqa işdə də işləyirsə, hansı çempionluqdan danışmaq olar? Sponsorumuz olsa, təcrübəli ağstafalı oyunçuları çağırıb, iddiamızı ortaya qoyarıq”.

Mütəxəssis Ağstafada futbol infrastrukturunun olmamasına toxundu:

“Ağstafa futbolçu yetişdirməkdə nə Gəncə, nə Tovuzdan geri qalır. Biz 1992/93 mövsümündə milli çempionatda öz yerli oyunçularımızla oynamışıq, ancaq klubu saxlaya bilməmişdik. Gəncə və Tovuzda klublar davamlı oldu deyə, orta futbolçular bizimkindən daha çox oldu. Klub yoxdursa, hansı inkişaf olar? Vaxtilə Ağstafadan 20-yə yaxın uşaq “Qəbələ” akademiyasında idi. Ağstafada akademiya olsaydı, burda futbolun sirlərini öyrənərdilər. Bu gün Ağstafada bir dənə də olsun, meydança, İdman Kompleksi yoxdur. “Ağstafa Gəncləri”nin məşq etdiyi Ağstafa şəhər stadionunun ot örtüyü bərbad vəziyyətdədir. Bununla belə, akademiyalara futbolçu veririk. II Liqa yarananda söz verdilər ki, orda oynayacağıq, amma əməl etmədilər. II Liqada elə klublar var ki, nə meydanı var, nə futbolçusu, amma ordadır… AFFA İnkişaf Strategiyası bizi çox ümidləndiri. AFFA-dan dəstək istəyirəm ki, bizə II Liqada yer versin. Onda Azərbaycan futboluna necə rəng qatacağımızı görəcəksiniz”.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 24 Aprel 2025 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see274

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see255

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see243

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see234

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see206

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see199

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see186

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see180

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see175

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see175

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see164

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see163

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see151

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see150

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see148

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see145

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see143

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri