Icma.az
close
up
RU
“Futbolçular meydana yarıac yarıtox çıxır” bunu prezident deyirsə...

“Futbolçular meydana yarıac yarıtox çıxır” bunu prezident deyirsə...

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

2-ci liqa təmsilçisi “Araz-Saatlı” 2-ci turda “Şəki”dən 12 cavabsız top buraxmışdı. Bu dəfə isə “Xankəndi” Saatlıda 14 cavabsız qol vurdu.

Komandanın problemi nədi? Nəyə görə ardıcıl belə uğursuzluqlar yaşanır? Saatlı klubunun prezidenti Ədalət Abdullayev suallarımızı cavabladı:

“Səbəblər gün kimi aydındı - ciddi maliyyə sıxıntısı. Bu maliyyə sıxıntısını futbolçular, məşqçilər - klubda hər kəs iliyinə qədər hiss edir. Bütün bu çətinliklərin fonunda gənc, daha çox təcrübəsiz futbolçuları oyuna kökləmək də çətin olur. Çatışmazlıqlarımızı bilirik. Amma bunların aradan qaldırılması və düzəlməsi üçün addımlar atmaq olmur. Komanda oyundan-oyuna toplanır. Futbolçular meydana yarıac-yarıtox çıxır. Daha çox gənc olduqları üçün bəzilərinin, xüsusən, Saatlıdan olan futbolçuların bu ağır şərtlər altında çıxıb meydanda xarakter göstərməyə mənəvi gücləri çatmır. Klub tam tərk edilmiş haldadı. Saatlıda klubun olması və mövcudluğunu qoruması heç kimə maraqlı deyil. Qonşu rayon və şəhərlərdə - Saatlıdan 2-3 dəfə böyük olan Sabirabadda iki ildi 2-ci liqaya yüksəlmək üçün böyük pullar xərcləyirlər. Respublika tabeli şəhər - Şirvan hələ bu mövsüm 2-ci liqada iştirak hüququ qazanıb. Biz isə 3-cü mövsümdü peşəkar liqada mübarizə aparırıq. Bu klubun bu rayon üçün necə bir dəyər olduğunu, təəssüf ki, barmaq sayı qədər adam dərk edir, ya yox. Klubun rəsmi sosial şəbəkə hesablarında oyunların afişasına 1-2, yekun hesab postuna onlarla rəy gəlir. Görünür, insanımız prosesin iştirakçısı, hərəkətverici qüvvəsi olmaq əvəzinə nəticəni müzakirə, məsuliyyətsiz lağlağı etməyə, bədbin deyingənliyə daha çox meyillidi. Deyiləsi, danışılası çox dərd var. “Xankəndi”yə məğlubiyyət çox mətləblərin acı mənzərəsi idi. Biz bu acınacaqlı nəticədən dərs çıxarmalıyıq. Təkcə "Araz Saatlı" və Saatlı rayonu olaraq yox, elə milli komandadan üzüaşağı doğru, bütün futbol təsərrüfatımızın və cəmiyyətimizin timsalında”.

MÜZƏFFƏR QULUZADƏ
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 24 Oktyabr 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see315

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see308

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see297

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see282

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see275

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see272

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see257

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see246

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see240

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see235

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see225

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see221

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see220

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see220

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see216

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see208

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see205

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see202

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see200

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri