Icma.az
close
up
RU
Futbolçular pul qazandı, azarkeşlər mübahisə etdi: Yeni çempionata baxış

Futbolçular pul qazandı, azarkeşlər mübahisə etdi: Yeni çempionata baxış

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Klublararası dünya çempionatı ilə bağlı futbol ictimaiyyətinin və azarkeşlərinin fikirləri birmənalı deyildi”. 

Bu sözləri tanınmış futbol eksperti Mehman Süleymanov “Cebheinfo.az”-a açıqlamasında deyib. O bildirib ki, hətta bunu uğursuz format sayırdılar:

“Mən də Klublararası dünya çempionatını “pilot layihə” adlandırırdım. Çünki ağır mövsüm keçirəndən sonra 1 ay da yeni turnirdə çıxış etmək futbolçular üçün çətin, artıq yükdür. 

Əsasən də İspaniya bu turnirin keçirilməsinə kəskin etiraz edirdi. Düzdür, bu turnirdə də ciddi şəkildə zədələnən futbolçular oldu. Lakin idman zədədən sığortalanmayıb. Adi bir oyunda və ya məşqdə də zədə ola bilər”. 

Ekspertin fikrincə, Klublararası dünya çempionatı maraqlı keçdi:

“Hər halda, bir çox maraqlı oyun izlədik. Həmçinin, turnirdə iştirak edən klublar kifayət qədər böyük pullar qazandılar. 

Dünya çempionatı adlansa da, yenə də Avropa klubları hegemonluqlarını nümayiş etdirdi. Finala çıxan klubların hər ikisinin də Avropa təmsilçisi olması bunun bariz sübutudur. İki böyük turnirin qalibinin finala çıxması da diqqət çəkdi. Nəzərə almaq lazımdır ki, “PSJ” Çempionlar Liqası, “Çelsi” isə Konfrans Liqasının çempionu olub. Finalda fransızların hegemonluğu gözlənilsə də, ingilislər onların da məğlubedilməz olmadığını sübut etdilər. Hətta deyərdim ki, “Çelsi” “PSJ”-ni diz çökdürdü”. 

Onun sözlərinə görə, azarkeşlərin bu turnirə marağı da çox müzakirə olunur: 

“Mənə elə gəlir ki, Klublararası dünya çempionatına azarkeş marağı az deyildi. Bir çox matçda stadionda kifayət qədər azarkeş vardı. 

Xüsusən “pley-off” mərhələsindən sonra istər stadionda, istərsə də ekran qarşısında azarkeş marağı böyük oldu”.

Mehman Süleymanov “Barselona” və “Liverpul” kimi klubların sözügedən turnirdə iştirakına icazə verilməməsini də tənqid edib: 

“Təbii ki, “Barselona” və “Liverpul” kimi dünya nəhənglərinin bu turnirə dəvət olunmaması təpki çəkirdi. Bu, dünya çempionatı olduğu üçün hər qitədən olan klublar iştirak edirdi. Buna baxmayaraq, hazırda yaxşı formada olan “Barselona” və “Liverpul” kimi komandaların iştirakı maraqlı olardı. Onların yeri görünürdü. 

Məsələn, “Atletiko Madrid” yaxın keçmişdə ciddi uğurlar əldə edib, Çempionlar Liqasının finallarında “Real Madrid” ilə başabaş oynayıb. Ancaq onların indiki vəziyyəti əvvəlki kimi deyil. Düşünürəm ki, şans yaradılsa da, “Atletiko Madrid” özünü doğrultmadı”. Həmsöhbətimiz hesab edir ki, gələcəkdə Klublararası dünya çempionatına maraq arta bilər: 

“Turnirin gələcəyi ilə bağlı müzakirələr olacaq. Ancaq bu formatın saxlanılacağını düşünürəm. Hazırkı formatı daha yaxşı və maraqlı etmək üzərində işləniləcək. Bəlkə də gələcəkdə hər 4 ildən bir gözlənilən turnirlərdən biri olacaq. Bununla yanaşı, marağı artırmaq üçün daha güclü klubların iştirakını təmin etmək lazımdır. Ən güclü klubların yarışması çempionata marağı daha da artırar”. 

Elmir Mustafa 
“Cebheinfo.az”

Açar sözlər: Klublararası dünya çempionatı Mehman Süleymanov Futbol

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:280
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 İyul 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see542

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see445

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see434

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see313

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see301

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see294

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see293

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see289

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see282

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see277

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see255

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see253

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see249

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see245

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see245

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see245

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see244

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see241

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see238

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see237
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri