“Futbolçular “Qarabağ”a məğlubiyyətdən sonra evdən çıxmaq istəmirdilər” Mourinyo
Qol.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunda “Benfika” Londonda “Çelsi”yə uduzub (0:1). Bu, Portuqaliya təmsilçisinin cari mövsümkü yarışda ardıcıl ikinci məğlubiiyyəti olub. Lissabon komandası ilk turda evdə “Qarabağ” matçda da xal itirmişdi (2:3).
QOL.az-ın “A Bola” nəşrinə istinadən yaydığı xəbərə görə, “Benfika”nın baş məşqçisi Joze Mourinyo “Çelsi” ilə matçdan sonra “Sport TV”yə müsahibəsində deyib:
“Açıq danışacağam, necə oynamağından asılı olmayaraq, məğlubiyyət yenə də məğlubiyyətdir. Mən bu həqiqəti oyunçularımdan gizlətmək istəmirəm. Amma uduzmağın da fərqli formaları var. Elə məğlubiyyət var ki, ertəsi gün evdən çıxmağa utanırsan, bir də var ki, oyundan müsbət şeylər götürürsən. Biz güclü komandaya qarşı bərabər səviyyədə oynadıq. Nəticə başqa cür də ola bilərdi. Az vaxtda məşq etməyimizə baxmayaraq, müsbət çox şey oldu. Bu, indiyədək ən yaxşı oyunumuz idi – komanda sabit və təşkilatlanmış idi”.
Jurnalistin “Komanda azarkeşlərin inamını geri qazanırmı?” sualına Mourinyo belə cavab verib:
“Biz bunu yalnız yaxşı nəticələrlə edə bilərik. “Qarabağ”la oyundan sonra futbolçular ertəsi gün evdən çıxmaq istəmirdilər. Amma sabah “Avenida da Liberdade”də şam yeməyinə getsələr, heç kim onları təhqir etməyəcək. Məncə, bu, müsbət haldır. Mən nəticə yönümlü insanam, uduzmaq uduzmaqdır, amma dediyim kimj, uduzmağın da müxtəlif formaları var”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Oktyabr 2025 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















