“Futbolçular topla deyil, insanların əsəbləri ilə oynayır”
futbolpress-az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Azərbaycan millisi yoldaşlıq oyunlarında əvvəlcə Haitiyə (0:3), daha sonra isə Belarusa (0:2) hesabıyla uduzub.
Yığmanın veteran futbolçusu Ramal Hüseynov “Futbolpress.az”a açıqlamasında nəticələri dəyərləndirdi:
“Millimiz elə biabırçı oyun oynadı ki, onlar haqda danışmağa, deməyə söz tapılmır. Bu nəticələrdən sonra özlərini futbolçu hesab edənlər başqa sənətlə məğlub olsun. Belə futbolla gedəcəyimiz bir yer var, o da uçurumdur. Bütün heyəti dəyişmək lazımdır. Futbolçular topla deyil, insanların əsəbləri ilə oynayır. Deyiləsi çox şey var, bunlar hələ azdır”.
Hüseynov millinin DÇ-2026-dakı şanslarına da toxundu:
“Problem onları futbolçu hesab edib, milliyə çağıranlardadır. Meydanda canla-başla mübarizə aparan yoxdur. Məğlub olmaq olar, amma gərək mübarizə də aparasan. Dünya çempionatında Fransa, İslandiya, Ukrayna kimi rəqiblər var. Bu futbolçularla xal qazanmaq bir yana, heç “x” hərfini qazana bilmərik”.
Şahin Cəfərov
Baxış sayı:97
Bu xəbər 27 Mart 2025 19:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















