Icma.az
close
up
RU
Futbolçularım xarakter göstərdilər Ayxan Abbasov

Futbolçularım xarakter göstərdilər Ayxan Abbasov

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Bu gün bayramdır. Cənab prezident İlham Əliyev başda olmaqla hamımızı təbrik edirəm. Şəhidlərimizə Allah rəhmət eləsin".

Fanat.Az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 13-cü turunda səfərdə "Neftçi" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, oyunla bağlı fikirlərini bildirib: "Oyuna gəlincə, xal qazanmaq istəyirdik. "Neftçi" də xal qazanaraq irəliləmək istəyirdi. Matça çox pis başladıq. Geridönüş etmək də çətin idi. Futbolçularım xarakter göstərdilər. İlk hissədə üçüncü qolu da vura bilərdik. İkinci yarıda rəqib yüksək təzyiq etdi. Bizdə vəziyyət yaxşı deyildi. Kantariya yükün altına girdi, çünki oynaması sual altında idi. Son 4-5 oyunda zədələrə görə tam heyətlə oynamırdıq. Gənclərə fürsət düşür. Bundan yaxşı istifadə edirlər. Bilirik ki, Premyer Liqada qalmaq üçün hər xal bizim üçün vacib olacaq. "Neftçi"dən 1 xal götürmək uğurdur. Hamını təbrik edirəm".

Mütəxəssis 3 dəqiqə ərzində buraxılan 2 qol haqda danışıb: "Sürpriz oldu. Komandanın isinməsi siqnal verirdi ki, futbolçular oyuna yaxşı köklənib. Yaxşı şeylər gözləyirdik. Şans rəqib tərəfdə oldu. "Neftçi"nin futbolçusunun ustalığı idi. İkinci qolda ofsayd xətti çəkmək, bəlkə də, çətin idi. İki qolun arasında bizim də epizodumuz oldu. Bir anlıq mənə elə gəlirdi ki, futbolçularım ayılacaq. Belə oyunlar komandamız üçün böyük önəm kəsb edir. "Sabah"la matçda da belə olmuşdu. Demək ki, bacara bilirik. İlk hissədəki oyundan beş dəqiqəni çıxmaqla razı qaldım".

Abbasov fasilədə futbolçularına verdiyi təlimatlardan söz açıb: "Beş dəqiqəyə görə uşaqları tənbeh etdim. Futbolçulara bunu çatdırmaq lazımdır. Bilirdim ki, rəqib tempi yüksəldəcək. İkinci hissədə ən real qol epizodu bizdə oldu. Hücumlarımız var idi. Bu gün rəqib "Neftçi"dir. Hərdən azarkeş kənardan müdaxilə edir ki, çıxın qabağa. "Neftçi"nin qələbəsi üçün komandamı qabağa çıxartmağımı istəyirlər. Deyir futbol oynamırsız, mən də zarafatca dedim bəs nə oynayırıq? (gülür). Bilirdim ki, təzyiq olacaq. Bu mübarizəni istəyirdim futbolçulardan. Belə mübarizə olduqca, irəlidə yaxşı şeylər olacaq".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:217
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Noyabr 2024 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see279

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see209

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see199

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see196

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see190

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see181

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see180

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see176

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see174

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see172

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see168

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see166

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see166

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see162

Səfərbərlik Xidmətinə qəbul imtahanının nəticələri AÇIQLANDI

03 Oktyabr 2026 04:53see161

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see161

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see159

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see155

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see155

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri