Icma.az
close
up
RU
Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Futbolçuların məşhur xanımları: Corcina Rodriqes

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

İngilis dilində futbolçuların həyat yoldaşları və sevgililəri üçün xüsusi olaraq istifadə edilən məşhur WAG (wives and girlfriends) abbreviaturası idman dünyasında artıq özünəməxsus bir status rəmzinə çevrilib.
Bu qrupun dünyada ən parlaq, nüfuzlu və medianın diqqət mərkəzində olan nümayəndələrindən biri, heç şübhəsiz, portuqaliyalı ulduz Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqesdir.
Bizim.Media xəbər verir ki, mətbuatın böyük maraq göstərdiyi ulduz cütlüyün münasibətləri və gələcək planları növbəti dəfə gündəmə gəlib.
Məlumata görə, əslən argentinalı olan, lakin İspaniyada böyüyən Corcina 2016-cı ildə Madriddəki "Gucci" butikində satıcı köməkçisi işləyərkən Ronaldo ilə tanış olub.
 

Hazırda cütlüyün iki ortaq övladı var və Corcina Ronaldunun digər üç uşağına da öz doğma övladı kimi baxır. O, təkcə futbolçu sevgilisi kimi deyil, həm də model, uğurlu biznes xanımı və "Netflix" platformasında yayımlanan "Mən, Corcina" realiti-şousunun baş qəhrəmanı olaraq böyük populyarlıq qazanıb.


Onun sosial şəbəkələrdəki auditoriyası artıq 74 milyon izləyicini ötüb ki, bu da digər bütün "WAG" nümayəndələrinin göstəricilərindən qat-qat çoxdur.
Kriştiano Ronaldo və Corcina Rodriqes ötən ilin avqust ayında rəsmən nişanlandıqlarını elan ediblər. Futbolçunun sözlərinə görə, uzun müddətdir gözlənilən təmtəraqlı toy mərasimi 2026-cı ilin sentyabrında (və ya Dünya Çempionatının dərhal ardından, yay aylarında) Ronaldonun doğma yurdu olan Madeyra adasındakı Funşal kafedralında baş tutacaq.
 

Portuqaliya millisinin kapitanı olan Ronaldo, hazırda Şimali Amerikada davam edən DÇ-2026-nı karyerasının zirvə nöqtəsi hesab edir. O, toy mərasiminə və nikah masasına əlində çoxdan arzuladığı FİFA Dünya Kuboku ilə gəlməyi ümid edir.


Qeyd edək ki, dünya çempionatında iştirak edən futbolçuların xanımları və sevgililəri haqqında reportajlar idman mediasında böyük populyarlıq qazanmağa davam edir.
Xarici mətbuat ("Kommersant") artıq turnirin ən diqqətçəkən xanımlarından ibarət simvolik "dünya qadın yığması" layihəsini təqdim edib və bu siyahıya Corcina Rodriqes kapitanlıq edir.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 İyun 2026 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri