Icma.az
close
up
RU
Futbolçunu dodağından öpən federasiya prezidentinə yumurta atdılar

Futbolçunu dodağından öpən federasiya prezidentinə yumurta atdılar

Icma.az, Lent az saytına istinadən bildirir.

Keçmiş İspaniya Kral Futbol Federasiyasının prezidenti Luis Rubiales, futbolçu Cenifer Ermosonu öpməsi ilə bağlı qalmaqaldan sonra, “Rubialesin qətli” adlı kitabının təqdimatı zamanı yumurta yağışına tutulub.

Lent.az xəbər verir ki, hadisə zamanı bir kişi auditoriya qarşısında müsahibə verən Rubialesə üç yumurta atıb. Sonradan məlum olub ki, həmin şəxs Rubialesin əmisi imiş.
Rubiales bu barədə belə deyib:

“Bu, mənim əmisidir, adı Luis Ruben. Mənimlə həmyaşıddır. Mənə yumurta atdı, çünki o normal deyil və düşünmürəm ki, bunun hər hansı bir bəhanəsi ola bilər. Onu saxladılar, apardılar və ümumiyyətlə, ona qarşı tədbir görməli olacağıq. Çünki mən həqiqətən onun silahlı olduğunu düşündüm”.

“Rubialesin qətli” adlı kitab Rubialesin Cenifer Ermoso ilə öpüş qalmaqalı barədə öz versiyasını təqdim edir. Nəşriyyat iddia edir ki, bu kitab Rubialesə qarşı “daima yalan və uydurmaların necə fabrikləşdirildiyini və onun cəmiyyətdə korrupsioner şəxs kimi göstərilməsi üçün məhkəmələrə şikayətlər verilməsinə necə zəmin yaradıldığını” nümayiş etdirir.

İspaniya məhkəməsi daha əvvəl Rubialesin Ermosonu öpməsinə görə onu seksual xarakterli zorakılıqda təqsirli bilmiş və 10 min avrodan çox cərimə kəsmişdi. Ona həmçinin bir il ərzində Ermoso ilə ünsiyyət qurmaq və ona 200 metrdən çox yaxınlaşmaq qadağan olunmuşdu. Rubiales qərardan apellyasiya verərək bildirib ki, öpüş “qələbənin sevinc anında edilən sevinc jesti idi” və futbolçunun seksual azadlığına təcavüz deyildi.

Xatırladaq ki, 2023-cü ilin avqustunda Rubiales İspaniya Kral Futbol Federasiyasının prezidenti olarkən qalmaqalın mərkəzinə düşmüşdü. İspaniya millisinin qadınlar üzrə dünya çempionatında qələbəsindən sonra mükafatlandırma mərasimində o, Ermosonu dodaqlarından öpmüşdü.

2025-ci ilin fevralında Madriddə Rubialesin məhkəmə prosesi keçirilib. Dinləmələrdə keçmiş prezident bildirib ki, Ermoso öpüşə razılıq verib, amma iki gün sonra fikrini dəyişib. Ermoso isə bildirib ki, heç nə eşitməyib və başa düşməyib, çünki Rubiales onun qulaqlarını əlləri ilə tutub və ardından öpüb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://lent.az
archiveBu xəbər 15 Noyabr 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri